Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Tarix: 30.09.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir. Görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib. Məsləhətləşmələrin yekununa dair fikirlərini açıqlayan N. Patruşev bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyətdən narahatlığını ifadə edib. O qeyd edib ki, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışır: “Bu üzdən də dünya birliyinin səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Geosiyasi iflas: təzyiqlər altında çapalayan Ermənistan
14.11.2019
Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14.11.2019
Almaniyadan 12 Azərbaycan vətəndaşı deportasiya edilib
14.11.2019
XİN azərbaycanlı müxalifətçilərin Almaniyada həbs olunmasına münasibət bildirib
14.11.2019
Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info