“Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlıq var
Tarix: 02.10.2017 | Saat: 15:06:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğuladı. Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Nikolay Patruşev təhlükəsizlik sahəsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq dedi: “Biz Sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidləri və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info