Mustafa Babanlı TUİB-in iclasında iştirak edib
Tarix: 02.10.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Bakıda keçirilmiş “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”-nin (TUİB) növbəti dönəm “Ümumi Yığıncağının” iclasında iştirak edib. Bu haqda universitetimizdən redaksiyamıza məlumat verilib.
Rektor, professor Mustafa Babanlı iclasda çıxış edərək ADNSU-dakı tədris prosesi barədə məlumat verib. Hazırda ADNSU-da 11 min tələbənin təhsil aldığını qeyd edən rektor M.Babanlı universitetdə gerçəkləşdirilən layihələr, o cümlədən gündəlik təcrübə proqramı, İT Akademiyalar, “eazi START” Startap və İnnovasiya Mərkəzi haqqında danışıb. Hazırda ADNSU-nun nəzdindəki startap məktəbinin tələbələrinin bir neçə layihəsinin istehsala hazır olduğunu qeyd edən rektor M.Babanlı gənclərin ideyalarının gerçəkləşdirilməsi üçün investisiyaların vacib olduğunu bildirib. O tədbirdə iştirak edən iş adamlarını gənc startapçıların layihələri ilə tanlış olmaq üçün universitetə dəvət edib.
İclasda Türkiyə və Azərbaycanı təmsil edən iş adamları hər iki ölkədə investisiyaların artırılması məsələsini müzakirə ediblər. İş adamları həm Türkiyə, həm də Azərbaycanda əlverişli iş mühitinin olduğunu qeyd edib və gələcəkdə bu istiqamətdə işlərin daha da gücləndirilməsinin labüd olduğunu qeyd ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info