Patti Ostin Heydər Əliyev Mərkəzində çıxış edəcək
Tarix: 02.10.2017 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Noyabrın 15-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti olacaq.
AZƏRTAC xəbər verir ki, müğənni Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə ithaf etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edəcək.
Qeyd edək ki, 2017-ci ildə dünyada “cazın birinci ledisi” Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.
Patti Ostin 4 yaşında Nyu-Yorkun “Appolo Teatr”ında vokal debütünü edib. O, hələ uşaq yaşlarında müxtəlif müzikllərdə çıxış edib, 9 yaşında Kuinsi Consun konsert truppasında təmsil olunub, artıq 16 yaşında məşhur Harri Belafonte ilə turlarda iştirak edib.
Patti Ostin Maykl Ceksonla onun “Off The Wall” albomunda “It`s the Falling in Love” mahnısını duet oxuyub. Corc Benson və Lüter Vendross da onun duet tərəfdaşları arasındadır.
Bundan əlavə, müğənni 1980-ci illərin ən aparıcı studiya musiqiçisi olub, Pol Saymon, Billi Coel, Corc Benson, Robert Flek və digərləri ilə mahnı yazdırıb, “Steely Dan”, “The Blues Brothers” qruplarının kompozisiyalarının səsyazmasında iştirak edib.
Patti Ostin indiyədək izləyicilərə 17 solo musiqi albomunu təqdim edib. “Avant Gershwin” albomuna görə isə Patti Ostin 2008-ci ildə “Ən yaxşı caz vokal albomu” nominasiyasında “Qremmi” mükafatı ilə təltif olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
2 Öküz ili bürclərə nə vəd edir?
3 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
4 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
5 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info