“Azərbaycan musiqisi Vyetnamda” adlı konsert təşkil edilib.
Tarix: 02.10.2017 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Hanoy şəhərində Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan musiqisi Vyetnamda” adlı konsert təşkil edilib.
Ölkəmizin Hanoydakı səfirliyindən bildiriblər ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, səfirliyi və Vyetnam Milli Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə açılış nitqi ilə çıxış edən Vyetnamdakı səfirimiz Anar İmanov iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirərək, dostluq və əməkdaşlıq münasibətlərinin tarixinin daha öncə, hələ keçmiş Sovet İttifaqı dövrünə təsadüf etdiyini bildirib.
A.İmanov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bir sıra rəsmi səfərlərin, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovun Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü Çionq Txi Mayın Azərbaycana, təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyətinin Vyetnama səfərlərinin uğurla keçdiyini, bundan başqa Hanoyada “Azərbaycan və Vyetnam münasibətlərinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər” mövzusunda konfransın, İkinci Vyetnam - Azərbaycan Dostluq Forumunun keçirildiyini diqqətə çatdırıb.
İki ölkə arasında mədəni sahədə əməkdaşlıqdan söz açan diplomat Vyetnamda kinematoqrafiyanın qurucularından biri hesab olunan, “Vyetnamın Əmək Qəhrəmanı” fəxri adı və “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq Artisti, rejissor Əjdər İbrahimovun buradakı fəaliyyətindən danışıb.
A.İmanov “Azərbaycan musiqisi Vyetnamda” adlı konsertin iki ölkənin mədəni münasibətlərinin tarixində ilk dəfə təşkil olunduğunu diqqət çəkərək, bu cür tədbirlərin gələcəkdə də keçirilməsinin ilk xalq arasında dialoqun inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Vyetnam Milli Musiqi Akademiyasının rektoru Le Anh Tuan zəngin mədəni irsə malik olan Azərbaycanın musiqi incilərindən ibarət konsertin Vyetnamda ilk dəfə keçirilməsindən böyük məmnunluq hissi duyduğunu söyləyib. O, diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsertin Azərbaycan və Vyetnam arasında sıx dostluq münasibətlərini tərənnüm etdiyini bildirib.
Daha sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Xalq artistləri - dirijor Yalçın Adıgözəlov və opera müğənnisi Azər Zeynalov, habelə Xalq Artisti, muğam ifaçısı Mənsum İbrahimov, Əməkdar artistlər - tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovdan ibarət “Qarabağ” muğam qrupu Hanoy Filarmoniyasının orkestrı ilə birgə konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Həsən Rzayevin, Vasif Adıgözəlovun əsərləri və Azərbaycan muğamları ifa olunub. Konsert tamaşaçıların gur alqışları ilə müşayiət olunan “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.
Konsertə tamaşa edənlər arasında Vyetnam Milli Assambleyasının sədr müavini Uonq Çu Luu, mədəniyyət və turizm nazirinin müavini Le Khanh Hayın, Vyetnam Kommunist Partiyası, parlamenti, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin, digər dövlət qurumlarının rəsmilərinin, diplomatik korpusun, Vyetnam ictimaiyyətinin tanınmış nümayəndələri olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
20.11.2019
“Haqq mənəm” tamaşasının premyerası olub
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq
19.11.2019
“CinemaPlus”da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info