Özbəkistanda keçirilən festivalda Azərbaycan 2-ci yerə layiq görülüb
Tarix: 02.10.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Asossiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Xanbalıq" restoranında "Xalqların mədəniyyət və kulinariya Festivalı keçirilib. Festivalda Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Hindistan, Koreya, Avropa Birliyi, Gürcüstan, Pakistan, Ukrayna, Qırğızıstan, Fələstin, Əfqanıstan və s. ölkələr iştirak edib, öz guşələrini təqdim ediblər. Festivalın əsas məqsədi ölkələrin milli mədəniyyətini, mətbəxinin təbliğ edilməsi olub. Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini yaradıb və guşə iştirakçıların böyük marağına səbəb olub. Guşədə milli mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan milli mətbəxinə aid balıq ləvəngisi, çığırtma, kükü, lavaş və başqa yeməklərə qonaq ediliblər. Yeməklər festivalın münsiflər heyəti və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, bu il festivalın əsas devizi ölkələrin stendində hazırlanan ən yaxşı balıq yeməyi və milli mədəniyyəti özündə əks etdirən stendin hazırlanması olub. Milli mədəniyyət nümunələrimizi özündə əks etdirən Azərbaycan stendi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan balıq ləvəngisi festivalın sonunda xüsusi mükafatla təltif edilib, Azərbaycan təmsilçiləri festivalda 2-ci yerə layiq görülüblər. Mərasimdə 1-ci yer Qırğızıstan, 3-cü yerə isə Əfqanıstan layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
11.11.2019
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11.11.2019
Bakıda rusiyalı şairənin imza günü keçirilib
11.11.2019
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
10.11.2019
Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info