WBC prezidenti: “İlham Əliyev idmanı prioritetə çevirib”
Tarix: 02.10.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“Hər birimizi yüksək səviyyədə qarşıladığı üçün Azərbaycana təşəkkür edirəm". Apasport.az saytının məlumatına görə, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman deyib.

Bu gün Bakıda WBC-nin 55-ci Konvensiyası başlayıb. Konvensiyada çıxış edən Maurusio Süleyman bildirib ki, Bakıda böyük dostluq və qonaqpərvərliklə qarşılanıblar: "Azərbaycan Prezidenti İlham Əliyev böyük rəhbərdi. O, ölkəsində idmanı prioritetə çevirib. 2017-ci ilə gəlincə, WBC ailəsi üçün möhtəşəm olub. İl ərzində çoxlu gərgin və maraqlı döyüşlərin baş tutub".

Süleyman bildirib ki, sentyabrın 16-da Gennadi Qolovkinə xüsusi kəmər hədiyyə ediblər: "Bir tərəfində Meksika, digər yanında Qazaxıstan əks olunub. O, bizim fəxrimizdi. Gennadinin irəlidə bir döyüşü olacaq. Bu, bizim tərəfdən bir hədiyyədi. Həmçinin, Məhəmməd Əlinin şərəfinə turnir təşkil edəcəyik. Qalib gələn şəxsə onun qızıl medalı veriləcək. Yeri gəlmişkən, Floyd Moyvezer boksun şərəfini qorudu və Makqreqora qalib gəldi. Roma papası ilə danışıq aparmışıq. O, bizə xüsusi proqram hazırlayacağını deyib".

Onun sözlərinə görə, peşəkar boksda da videotəkrardan istifadə ediləcək. Bu, iki illik pilot layihə çərçivəsində olacaq.

Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın iştirak etdiyi Konvensiyaya oktyabrın 6-da başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info