Qax rayonunda 6 subartezian quyusu qazılıb
Tarix: 02.10.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Əhalinin içməli suya olan tələbatının ödənilməsi, rayon yerlərində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, son illər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına respublikanın ayrı-ayrı şəhər və rayonlarının yaşayış məntəqələrində yüzlərlə yeni artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Prezident İlham Əliyevin 2017-ci il 5 iyun tarixli Sərəncamına uyğun olaraq isə bu il respublikanın 36 şəhər və rayonunun 136 yaşayış məntəqəsində daha 150 ədəd, o cümlədən Qax rayonunun 5 yaşayış məntəqəsində 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub.
Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev bildirib ki, Sərəncamın icrası olaraq, rayonun Almalı, Zəyəm, Lələpaşa, Kötüklü və Qaradolaq kəndlərində ümumilikdə 6 subartezian quyusunun qazıntısı işləri artıq başa çatıb və bu quyular ilin sonunadək istismara veriləcək.
Ümumilikdə, 2013-2016-cı illər ərzində Qax rayonunun yaşayış məntəqələrində 39 ədəd artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu
13.11.2019
Masallıda “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar keçirilib
13.11.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info