“Şirkətimizdə 300-ə yaxın işçi çalışır, onların 99%-i Azərbaycan vətəndaşıdır”
Tarix: 02.10.2017 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Nuranə Əzizova: “Postneft erasında mütəxəssislərdən daha çox kreativlik, təşəbbüslülük, iradə, əzmkarlıq və daim təkmilləşmə tələb olunur”

Müsahibimiz “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları (HR) Şöbəsinin müdiri Nuranə Əzizovadır. Nuranə xanımla söhbətimizə səmimi notlar üzərində başladıq. O, iş həyatına necə başlaması, “AtaSığorta” ASC-nin iş prosesi barədə bizə geniş məlumat verdi.
Nuranə Əzizova ilə olan müsahibəni oxuculara təqdim edirik:
- Nuranə xanım, HR sahəsində karyeranız necə başladı?
- 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda işə başlamışam. 2015-ci ildə isə karyerama “AtaSığorta” ASC ilə davam etmək qərarına gəldim. Rəhbərliyin qərarı ilə 2016-cı ildən HR meneceri kimi fəaliyyətə başlamışam. Məqsədim öz fəaliyyətimlə insan resursları üzrə beynəlxalq standartlara və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə fəaliyyət göstərmək və şirkətimizin strateji hədəflərini dəstəkləməklə insan resurslarının idarəedilməsi sistemində yer tutmaqdır.
- Bu baxımdan HR – insan resursları amilini cəmiyyətimizin, ölkə iqtisadiyyatının inkişafında rolunu necə xarakterizə edərdiniz?
- Hazırda dünyada və eləcə də Azərbaycanda postneft erası başlayıb. Yəni dövlətlər, şirkətlər ənənəvi enerji resurslarını daha az israf etmək və yeni texnologiyaların tətbiqi ilə inkişaf etməyə üstünlük verirlər. Bu isə əmək bazarında yeni dövrün tələblərinə uyğun, səriştəli, peşəkar və bacarıqlı kadrların öz yerini tutmasını şərtləndirir. Çünki postneft erasında mütəxəssislərdən, işçilərdən daha cox kreativlik, təşəbbüslülük, iradə, əzmkarlıq və daim təkmilləşmə tələb olunur. Hazırda rəqabətqabiliyyətli vərdiş və bacarıqlara sahib olmaqla əmək bazarında öz yerini tutmaq və yeni texnologiyaların tətbiqindən, son nailiyyətlərindən maksimum səviyyədə istifadəni bacarmaq zəruridir. Bir misal çəkim. Məsələn, hazırda BMT-nin konkret savadlılıq kriteriyalari var: birincisi, yazib-oxumaq, ikincisi, dünyada geniş yayılmış hər hansı bir xarici dili yaxşı səviyyədə bilmək, üçüncüsü, kompüter texnologiya və proqramlarından istifadəni bacarmaq, dördüncüsü, sosial hüququları bilmək və ən nəhayət, beşincisi, bütün əvvəlki dörd kriteriya üzrə bilgiləri digərlərinə ötürməyi bacarmaq. Bütün bu kriteriyalara maliksənsə, beynəlxalq standartlar baxımından tam savadlı sayılırsan. Bunların üzərinə konkret hər hansı bir sahədə mütəxəssis kimi formalaşmağı gələndə savadlı kadrdan söhbət açmaq olar. Bu qeyd edilənlər də savadlı və hazırlıqlı insan resurslarının iqtisadiyyatın inkişafında, hər hansı ölkənin irəli getməsində rolunun nə qədər böyük olduğunu göstərir. Təcrübə göstərir ki, dünyada məhz bu cür hazırlıqlı insan resurslarına sahib ölkələr liderlik edirlər.
- “AtaSığorta” ASC-yə işçilər işə necə götürülür?
- Hər bir imicini qoruyan və işçilərin hazırlıq səviyyəsi, əmək əmsalına ciddi fikir verən şirkət kimi, “AtaSığorta”da da işçi ehtiyatının cəlb edilməsi adətən, kadr tələblərinə uyğun olan şəxslərin cəlb edilməsi; şirkətin daxili elanları (e-poçt vasitəsilə); internet səhifəmizdə iş üçün müraciət anketi - CV yerləşdirməklə və daxil olan CV-lər üzrə, işədüzəltmə agentlikləri və karyera mərkəzləri vasitəsilə; yazılı və onlayn kütləvi informasiya vasitələri ilə; uyğun profilli ali məktəblərlə sıx əməkdaşlıq yaratmaq və ali məktəbi yüksək göstəricilərlə bitirən məzunları şirkətə təcrübəçi kimi cəlb etməklə həyata keçirilir.

- “AtaSığorta” ASC- nin korporativ mədəniyyəti haqqında nə deyə bilərsizniz?

- Hər bir şirkətdə korporativ mədəniyyətin yüksək səviyyədə olması çox vacibdir. Korporativ mədəniyyət – təcrübədə özünü doğrultmuş və və şirkətin əməkdaşları arasında bölünən dəyər, simvol, inanc, davranış forması sistemidir. İmicini qoruyan və öncül olmaq istəyən hər bir şirkət korporativ mədəniyyətinin formalaşmasında maraqlı olmalıdır. Bu baxımdan AtaSığorta olaraq biz də korporativ mədəniyyətin daim inkişaf etdirilməsini daim nəzarətdə saxlayırıq. Bunun üçün cəmiyyətin korporativ kodeksini illik olaraq yeniləyib hazırlayırıq. Tamlıq, inam, etibar, hörmət, yüksək standartların müəyyən olunması, ixtisaslaşma və əməkdaşlıq, daimi proqres və çeviklik, pozitiv kollektivin mövcudluğu əsas prinsiplərimizdəndir. İşin daha da effektiv olması üçün analiz-sintez, sistemli yanaşmanı və mərhələli inkişaf taktikasını dərk edən, düşünülmüş və məsuliyyətli qərarların verilməsi üçün daim inkişafda olan professsional işçi kollektivinin olması uğurun əsasıdır.
- Şirkətinizin ştatı üzrə işçilərinizin sayı nə qədərdir?
- “AtaSığorta”ASC 2004-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Hazırda şirkətimizdə 300-ə yaxın əməkdaş çalışmaqdadır. Onların demək olar ki, 99%-i Azərbaycan vətəndaşıdır. Cəmiyyətimizin xidmət şəbəkəsinə 11 filial, 14 nümayəndəlik və 60-dan çox satış ofisi daxildir.
- “AtaSığorta” ASC-də dediyiniz məsələlər üzrə əməkdaşlar arasında hansı təlimlər həyata keçirilir?

- “AtaSığorta” ASC-nin təlim planlarına əsaslanaraq təlim bazarının təhlili və təlim mənbələrinin müəyyən edilməsi istiqamətində “AtaSığorta” ASC-nin İnsan Resursları Şöbəsi tərərfindən davamlı işlər aparılır.
İlin əvvəlində HR olaraq büdcəyə uyğun İllik Treninq Planını hazırlayıb təsdiq üçün İdarə Heyətinə təqdim edirik. Təlim şirkətləri ilə müzakirələrdən sonra şirkətlərdən təkliflər alınır və gələn təkliflər təlim kursunun mündəricatı, istifadə edilən texniki avadanlığın keçirilən təlim kursuna uyğunluğu və effektivliyi, təlim kursunda izlənəcək istiqamət və təlim kursunun dəyərləri kimi meyarlar əsasında qiymətləndirilir. Əldə olunan məlumat müvafiq struktur rəhbərləri ilə nəzərdən keçirildikdən sonra uyğun gələnlər Təlim Planına daxil edilir. Təlimlərə göndərilmiş əməkdaşlar həmin təlimi öz departamentlərində (lazım gəldikdə əlaqəli departamentlərdə) prezentasiya formasında təqdim edirlər. Bununla da təlimlərə münasibətdə məsuliyyət və diqqət artır, bir təlimdən bütün departamentin yararlanması, işçilərin təcrübə mübadiləsi təmin edilir, onların prezentasiya təqdimetmə vərdişi təkmilləşir, korporativ mühit, komanda ruhu formalaşır və yeniliklərin tətbiqi stimullaşdırılır.
- “AtaSığorta” ASC işçiləri necə motivasiya etdirir?
- “AtaSığorta” ASC-də motivasiya sistemi iki formada həyata keçirilir: Maddi motivasiya və qeyri-maddi motivasiya. İşçilərin əməyinin ədalətli, müvafiq ödənilməsini və mükafatlandırılmasını təmin etmək, struktur bölmə rəhbərləri-direktorlarla sıx əməkdaşlıq formasında şirkətin strateji hədəflərinə nail olmaq istiqamətində hər bir işçidə icra etdiyi işlərə maraq, həvəs yaratmaq, sistemli olaraq işçilərin davamlı təlimləndirilməsi və inkişaf etdirilməsini təmin etmək, az təcrübəli işçilərin daha təcrübəli, nümunəvi işçilərin bilik və təcrübələrindən faydalanmalarını və işi daha effektiv formada icra etmələrini, sürətli inkişaflarını sistemli qaydada təşkili, şirkət daxilindən vəzifə yüksəlişlərini və müvafiq mükafatlandırmaları həyata keçiririk. İşçilərarası münasibətləri və komanda ruhunu gücləndirmək məqsədi ilə müvafiq tədbirlər (bayramlar, yubileylər, “teambuilding” və s.) keçirilir. Qoyulmuş hədəfləri əldə etməkdə işçiləri dəstəkləmək, işçiləri ruhdan salan amilləri, vəziyyətləri müəyyən etmək və aradan götürmək, işçilərarası (fərdi və ya qrup halında) münaqişələri vaxtında operativ həll etmək kimi motivasiya olunurlar.
- İşin keyfiyyətinin təhlili necə aparılır?

- İşin keyfiyyət təhlilinin aparılması üçün adətən, planlar hazırlanır, məlumatlar qeydə alınır, uçotu aparılır, iş nəticələri audit olunur, təhlil aparılır v s. Ümumiyyətlə, şirkətlərdə bu fəaliyyətlərin icrası üçün müxtəlif struktur bölmələri olur və bununla bağlı vəzifələr yaradılır. Biz də şirkət olaraq bu fəaliyyətləri həyata keçiririk. İş analizi prosesində əsas analiz olunacaq mövzular vəzifə tələbləri, tələb olunan təhsil, təcrübə, sertifikatlar, bacarıqlar, vəzifəyə bağlı fəaliyyətlərin düzgün təyini və izahı, fəaliyyətin icrası ilə bağlı məsuliyyət və səlahiyyətlər, fəaliyyətin çətinliyi, əhəmiyyəti və məsuliyyəti, vaxt norması, işin icra olunma müddəti kimi təsnifatlandırılır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info