“Muğam Dünyası“ layihəsinin təşəbbüsükarları xeyriyyə tədbiri keçiriblər
Tarix: 02.10.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" layihəsi təşəbbüsükarları Arzu Müzəffərova, Nicat Müslümov, Leyli Hüseynova və Elşən Məmmədovun təşkilatçılığı ilə və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin dəstəyi ilə fiziki sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası məqsədilə və onlara dəstək olmaq ücün növbəti xeyriyyə tədbiri təşkil olunub.
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktor müavini Vüqar Əsgərov xeyriyyə tədbirini açaraq "Muğam Dünyası" layihəsinin təşəbbüsükarlarını salamladı və xeyriyyə tədbirini yüksək qiymətləndirildiyini vurğuladı. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş. Əlilliyi olan insanlara Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində 2013-cü ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilən Yeni Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 450 nəfər peşə reabilitasiyasına cəlb edilib. Hazırda müvafiq kateqoriyadan olan 140-a yaxın gənc burada peşə təlimi keçir. Mərkəzdə məşğələlər kompyuter istifadəçisi və dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq və digər peşələr üzrə təcrübəli müəllimlər tərəfindən aparılır. Bölgələrdən peşə təliminə cəlb olunanlar mərkəzdə dövlət hesabına bütün müvafiq xidmətlərlə təmin edilirlər. Bu gənclərin istedadlarının cəmiyyətə təqdim olunması üçün onların əl işlərindən ibarət sərgilər keçirilir, habelə gənclər üçün müxtəlif gəzintilər və ekskursiyalar təşkil olunur. Peşə təlimini bitirənlərin məşğulluğunun, təmini üçün də müvafiq işlər aparılır. Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatı tam dövlət qayğısı ilə əhatə olunub. Burada müalicə alan insanların yaşayışı, istirahəti, sağlamlığı, müxtəlif əmək vərdişləri və idmanla məşğul olmaları üçün hərtərəfli şərait mövcuddur. Bugünkü xeyriyyə tədbirinin də həmrəyliyin, birliyin təzahürü olduğunu qeyd edib.
"Muğam Dünyası" sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbəri Nicat Müslümov çıxış edərək 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovaya dərin təşəkkürünü bildirdi. Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Onlar mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. Əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Dövlətimizin başçısı tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olduğunu, həmçinin sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb. O, ölkəmizdə müasir tələblərə cavab verən belə bir mərkəzin fəaliyyət göstərməsini əlil şəxslərin sosial müdafiəsi ilə bağlı aparılan məqsədyönlü siyasətin növbəti bariz təzahürü kimi dəyərləndirib: “Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması Fondun geniş spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Daha sonra layihə rəhbəri çıxış edərək qeyd edib ki - Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur”.
"Muğam Dünyası" sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbərinin müavini Leyli Hüseynova çıxış edərək qeyd edib ki, bu ilin iyulun 2-də Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunu yaratdım. Bir neçə dostlarla elə yarandığı gündən fəaliyyətə başladıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. Bir növü könüllü olaraq dəstək vermək istəmişik ölkəmizə. Məqsədimiz sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm milli muğamı mədəniyyətimizə dəstək olaraq təbliğ etmək, tövhə verməkdir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Muğam Dünyası" qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. Bizim "Muğam Dünyası" qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır.
Tədbirdə çıxış edən "Muğam Dünyası" layihə rəhbərinin müavini Elşən Məmmədov məqsəd və məramlardan danışıb. - "Muğam Dünyası" qrupu olaraq Azərbaycan gənclərini vətənəpərvər görmək istəyirik. Orta və ali məktəb uşaqlarını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirmək də məqsədlərimizdən biridir. Bayram konsertləri, dövlət əhəmiyyətli və tarixi günlərdə dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirmək də gənclərə öz bilik və bacarıqlarını, təbii potensiallarını artırmalarına və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmələrinə şərait yaradacaq.
"Muğam Dünyası" layihəsinin könüllüləri tədbirdə iştirak edirdilər. Sonra incəsənət ustaları Əli Hüseynov, Bəhram Məmmədli, Şahin Rəhimli, Əşrəf İmanzadə, Həmid Əzizbəyli, Eldəniz Əsədov, Asim Primov, Sərxan Mehdiyev, Rafiq Fuadoğlu, Elşən Məmmədov müxtəlif Vətənə, sülhə, anaya həsr olunmuş şerlər şöyləyiblər. Mahnilar oxundu, rəqslər ifa olundu. Xeyriyyə tədbir münasibətilə keçirilən tədbiri rəngarəng konsert proqramı ilə davam etdiriblər. Sonda xatirə şəkili çəkdirilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info