Külli miqdarda narkotik və psixotrop maddələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb
Tarix: 02.10.2017 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və digər növ qaçaqmalçılığa qarşı fəaliyyətləri uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, sentyabrın 22-də Azərbaycan Respublikasının vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şose yolunun kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17 min ədəd “T-Dol 200” psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.
Sentyabrın 23-də Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycan Respublikasına atla iki ədəd 220 litrlik çəlləyə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəlləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkarlanaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.
Sentyabrın 25-də Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən 7,6 kiloqram heroinin, 9,8 kiloqram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb. Sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.
Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info