Təhsilimizin daha bir uğuru
Tarix: 02.10.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Beynəlxalq Təlim və Layihə Mərkəzində cəmiyyətin maarifləndirilməsi, sağlam təhsilin verilməsi hər zaman əsas prioritet olub. Bu günə kimi yüzlərlə tələbənin, eyni zamanda işçinin təlim və təcrübə qazandığı təhsil mərkəzi öz komandasının peşəkarlığının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirməkdədir.
Bu əməkdaşlardan biri də mərkəzin Layihələrin İdarəedilməsi Departament direktoru Zəfər Həsənovdur. Zəfər Həsənov qrant layihələri üzrə ekspertdir. O, ilk magistratura təhsilini Amerikanın Mərkəzi Florida Universitetində alıb. Əlavə olaraq, Corc Vaşinqton Biznes məktəbi tərəfindən təşkil olunan “Master Certificate in Project Management” proqramını bitirib. İnkişaf təşəbbüsünün bir hissəsi kimi, o dünyanın aparıcı universitetlərindən olan Harvard Universiteti, Corc Vaşinqton Universiteti, Varvik Universiteti və Birləşmiş Ştatların Fövqəladə halların idərəedilməsi agentliyinin təşkil etdiyi, bir neçə icraçı səviyyədə təşkil olunan təlimlərdə və sertifikat proqramlarında iştirak edib. Fəaliyyəti dövründə Azərbaycanın reytinqli universitetlərindən birində European Union Education və Audiovisual and Culture Executive Agency (EACEA) tərəfindən maliyyələşdirilən bir çox təhsillə bağlı qrant layihələrin icrası, inkişaf etdirilməsi, idarə olunmasını həyata keçirib.
Bu il isə Zəfər Həsənov Cambridge Universitetinin “Təhsil üzrə Liderlik və Məktəblərin İnkişafı” ixtisasının məzunu olub. Bildirmək istərdik ki, bu ixtisasa 200 nəfər tələbə qəbul olmuş və bu ixtisas üzrə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya regionları üzrə seçilən və Azərbaycanı təmsil edən yeganə şəxs Zəfər Həsənov olub.
Beynəlxalq Təlim və Layihə Mərkəzi dünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq, təsis edilib. Mərkəzdə müasir tələblərə cavab verən təhlükəsizlik sistemləri, yanğına qarşı dedektorlar, təhlükəsizlik kameraları, mühafizə sistemi və iştirakçıların rahatlığı üçün açıq bufet, yeməkxana və kompüter laboratoriyaları mövcuddur. Düşüncəmiz ölkəmiz adına faydalı işləri görərək, dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır. Sizlər də layihələrinizin uğurla başa çatmasından, müəssisələrinizin təlimlərinin və konsultasiya xidmətlərinin səmərəliliyindən, övladlarınızın təhsilindən tam əmin olmaq istəyirsinizsə, Beynəlxalq Təlim və Layihə Mərkəzinin peşəkar komandasına etibar edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info