“Nümunəvi Həkim Olmağa Doğru 5” forumuna dəvət
Tarix: 02.10.2017 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“Müstəqilliyimizi qazandığımız 1991-ci ildən bu günə qədər ölkəmizdən 1000-dən çox gənc həkim, müasir standartlarda tibb təhsili almaq üçün qardaş ölkə Türkiyəyə üz tutdu. Bu gün 200-dən çox uzman həkim, Azərbaycanın dövlət və özəl xəstəxanalarında müxtəlif tibb sahələrində xidmət göstərir. Əlavə olaraq, 1000-ə yaxın tibb tələbəsi və residentlər təhsillərini Türkiyənin qabaqcıl universitetlərində davam edirlər. Azərbaycanlı Həkimlər Dərnəyi, tibb sahəsində təhsil alan və xidmət göstərən Azərbaycanlı həkimlər, səhiyyə işçiləri və tələbələrin həmrəyliyini təmin etmək, ehtiyac və problemlərini müəyyənləşdirərək bunlara həll yolu tapmaq, onların mütəxəssis olaraq yetişməsinə töhfə vermək və Azərbaycan ilə Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq məqsədi ilə 2014 – cü ildə, Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanlı həkimlər və tibb tələbələri tərəfindən qurulmuşdur”. Bunu KİV-ə açıqlamasında Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Xanəlioğlu deyib. Sədr bildirib ki, sözügedən dərnək yuxarıdakı məqsədlər üçün ötən illərdə müxtəlif fəaliyyətlər gerçəkləşdirib, çox saylı tədbirlər təşkil edib: “Heç şübhəsiz ki, bunların arasında ən önəmli yeri “Nümunəvi Həkim Olmağa Doğru” forumları tutmaqdadır. Birincisini hələ dərnəyimizin qurulmasından öncə 2011-ci ildə təşkil etdiyimiz Forumun beşincisi bu il 7- 8 oktyabr tarixində Ankara Universiteti Tibb fakultəsində həyata keçiriləcək. Ötən illər ərzində forumlarımıza Azərbaycanın səhiyyə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komitəsinin sədri, Türkiyədəki universitetlərin rektorları ve tibb fakültələrinin dekanları da daxil olmaqla siyasət, təhsil və səhiyyə dünyasından yüksək səviyyəli qatılım olub. Bu il də əvvəlki illərdə olduğu kimi başda Türkiyə olmaq üzərə Azərbaycan, Almaniya, Rusiya və başqa ölkələrdən gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin iştirak edəcəyi forumda önəmli mövzularda panellərin təşkil olunacağı maraqlı bir program hazırlayırıq. Tədbirdə Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının önəmli dövlət adamları və mütəxəssislərinin iştirakı gözlənilir”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info