TÜİB-in növbəti ümumi yığıncağı keçirilib
Tarix: 02.10.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti ümumi yığıncağı keçirilib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Azərbaycanın dövlət qurumlarının təmsilçilərinin, rektorların, iş adamlarının və ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi tədbir Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra yığıncağı giriş sözü ilə açan TÜİB-in rəhbəri Ali İhsan Genc qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. TÜİB sədri çıxışında qurumun tərkibindəki biznes quruluşlarının fəaliyyəti haqqında ətraflı danışaraq, Azərbaycan iqtisadiyyatının inkişafna bundan sonra da töhfə verməyə hazır olduqlarını deyib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan iqtisadiyyatıının sürətli inkişafından söz açaraq, bu prosesdə türkiyəli iş adamlarının da müəyyən pay sahibi olduğunu vurğulayıb: “2017-ci ilin göstəricilərinə əsasən demək olar ki, Azərbaycan bir çox çətinlikləri dəf edib və uğurla irəliləyir. İnanıram ki, Azərbaycanın bu uğuru 2018-ci ildə də davam edəcək»”. Daha sonra Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Vergilər Nazirliyinin departament rəhbəri Şamil Ərəbov, Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova və digərləri çıxış edərək, təmsil etdikləri qurumlarla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında geniş danışıblar. Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info