“Bir kəmər, bir yol” layihəsinə qarşı ittifaq: Yaponiya və Hindistan Çinə qarşı
Tarix: 02.10.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Asiyada nəqliyyat dəhlizləri və strateji infrastrukturlara nəzarət uğrunda mübarizə gedir, Dehli və Tokio 40 milyard dollarlıq layihə hazırlayıb

Ekspertlər xüsusilə son vaxtlar Yaponiya ilə Hindistan arasında ciddi yaxınlaşma müşahidə edirlər. Bu yaxınlaşma o qədər sürətlə gedir ki, artıq Tokio-Nyu-Dehli ittifaqı haqqında söhbətlər yaranmağa başlayıb. Sakit və Hind Okeanına çıxışı olan iki dövlətin siyasi-iqtisadi maraqlarını uzlaşdırması şübhəsiz ki, əsas rəqibləri olan Pekinə qarşı güc formalaşıdrmağa hesablanıb. Bu yaxınlaşma Yaponiya baş naziri Sindzo Abenin sentyabrda Hindistana etdiyi səfərdən sonra daha çox hiss olunmağa başlayıb. Bir faktı da diqqətə çatdıraq ki, bu, yaponiyalı nazirin Narendro Modinin 2014-cü ildə Hindistanda baş nazir seçilməsindən sonra Dehliyə etdiyi 10-u səfər olub. Həmin səfər zamanı Abe bəyan etdi ki, Yaponiya-Hindistan münasibətləri “yeni era”ya qədəm qoyub. Ötən il “Azadlıq və Hind-Sakit okean regionuna açılma” strategiyasını elan edən Abenin bu yanaşması, Modinin Hindistanda elan etdiyi “Şərqə doğru fəaliyyət” proqramına uyğundur. Modinin strategiyası Hindistanın Şərqi Asiya ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutur. Sentyabr səfəi zamanı iki liderin imzaladığı bəyannamə göstərir ki, Tokio və Nyu-Dehli xarici siyasət vektorlarını da uyğunlaşdırmağa çalışırlar. Onları buna vadar edə səbəb isə dəniz və quru yolda Çinin sürətlə irəliləyən genişlənmə siyasətidir. Rəsmi Pekin “Mirvari boyunbağı” strategiyası çərçivəsində Pakistan, Şri-Lanka kimi ölkələrin limanları ilə sıx əməkdaşlıq edir. Əsas dayaq limanlarında nəzarəti ələ keçirən Pekin bununla da Hindistanı mühasirəyə almağa çalışır. Çinin hərbi gəmiləri, eləcə də sualtı gəmiləri müntəzəm olaraq həmin limanlara baş çəkirlər. Ötən yayda Şərqi Afrikadakı Cibutidə yaradılan hərbi baza isə Pekinin ölkə xaricində olan ilk hərbi bazası olub. Bu addımlar təbii olaraq Hindistanı adekvat addımlar atmağa vadar edir. Şərqi-Çin dənizində Çinlə rəqabətdə olan Yaponiya da Pekinə məxsus hərbi gəmilərin Hind okeanında görünməsindən ciddi şəkildə narazıdır. Məsələ ondadır ki, həmin dəniz yolu vasitəsilə Yaponiya karbohidrogen məhsulları idxal edir. Ölkə bu sahədə idxaldan 100 faiz asılıdır. Tokionu Nyu-Dehliyə yaxınlaşdıran məqamlardan birə elə budur. Modi-Abe bəyannaməsində də qeyd edilib ki, dəniz yollarının təhlükəsizliyinin təmin olunması hər iki ölkənin maraqlarına uyğundur. Yaponiyanın “Yomiurisimbun” nəşri həmin bəyannaməni belə şərh edib: “Cənubi-Çin dənizində təhlükəsizliyin təmin olunması hər iki tərəfə lazımdır. Yaponiya, Hindistan və ABŞ birlikdə fəaliyyət göstərərək Çinin bu sahədəki siyasətinə qarşılıq verə bilərlər”. ABŞ, Yaponiya və Hindistanın Benqal körfəzində həyata keçirdiyi birgə hərbi təlim də bu siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. Hazırda Tokio və Nyu-Dehli yapon istehsalı olan hərbi amfibiya-təyyarə alınması istiqamətində danışıqlar aparır. Üç dövlət arasında əsas mübarizə sahəsindən birini də iqtisadi sahə təşkil edir. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinin mahiyyətini Pekinin Avropa və Afrika ilə əlaqələndirən quru və dəniz nəqliyyat dəhlizlərinin yaradılması təşkil edir. Həmin yollardan birinin Kəşmirdən keçməsi Hindistanda narazılıq yaradıb. Yaponiya da əvvəlcə bu layihəyə qarşı çıxsa da sonradan bəzi məqamlara maraq göstərdiyini elan etdi. Burada bir məqama diqqət çəkmək yerinə düşər. Məsələ ondadır ki, səfər zamanı Abe və Modi regionda nəqliyyat dəhlizləri, infrastrukturu yaratmaq haqqında razılığa gəliblər. Razılıqlardan biri də bəzi regionlarda, o cümlədən Myanma və Afrikada iqtisadi zonalar yaratmaqdır. Maraqlıdır ki, bu razılıqdan sonra Myanmanın Arakan bölgəsində müsəlmanalara qarşı qırğınlara yenidən start verildi.. Hindistan isə ölkəni İran və Əfqanıstanla birləşdirən dəhlizlər yaratmağa çalışır. Ekspertlər bildirir ki, iki ölkənin planlaşdırdığı dəhlizlərin dəyəri təxminən 40 milyard dollardır və Pekinin irəli sürdüyü müasir İpək yolu olan “Bir kəmər, bir yol” layihəsinə rəqibdir.
Anar Miriyev






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info