”Son vaxtlar erməni-gürcü münasibətlərində qarşılıqlı anlaşılmazlıq hökm sürür”
Tarix: 02.10.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Yaponiyada belə bir deyim var: «Düyünün içindəki qara daşdan yox, ağ daşdan qorxun». Bu məsəl elə bil ki, ermənilər üçün deyilib.
Cırtdan bir ölkənin bütün qonşularına qarşı ərazi davası ilə çıxış etməsi, çətin məqamda isə quzuya dönməsi bu millətin xislətindədir. «Mən ermənilərlə heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrəncdir». Bu fikirlər fransız səyyahı qraf de-Şölyeyə məxsusdur.
«1informasiya» saytında dərc edilən növbəti yazı erməni-gürcü dostluğundan danışsa da, «erməni səmimiyyəti» açıq-aydın sezilir: «Erməni-gürcü münasibətləri, şübhəsiz ki, dostluq üzərində qurulsa da, digər tərəfdən isə yaradıcı təşəbbüslərdən məhrum edilməkdədir. Numunə üçn ilk olaraq Sergey Minasyanı göstərə bilərik. Belə ki, bu şəxs Tiflisin etimadsızlığı üzündən Ermənistanın səfiri kimi, bu ölkəyə təyin edilə bilməz. Maraqlıdır ki, bu məsələni Tiflisə səfər edən Ermənistanın xarici işlər naziri Araz Babloyan da yoluna qoya bilmədi. Əslində, Tiflis yarı rəsmi kanallarla Sergey Minasyanın bu ölkədə səfir təyin oluna bilməyəcəyini açıqlayır.
«Mən agentliyin motivasiyasını vermirəm, amma beynəlxalq təcrübə göstərir ki, hər hansı bir ölkəyə göndərilən səfir yerli hakimiyyət tərəfindən razılıq almırsa, deməli, bu, ev sahibinin narazılığı kimi qəbul edilməlidir». Bu fikirləri «1 informasiya» saytına Gürcüstan Diplomatik Akademiyasının rektoru, politoloq Soso Tsintsadze bildirib. Təbii ki, politoloq bu yaşantının Ermənistan-Gürcüstan münasibətlərinə aid olmadığını və müəyyən bir şəxslə şərtləndiyini iddia etsə də, gürcü tərəfinin bunu, onlar üçün həssas olan rus faktoruyla əlaqələndirilməlidir. Məsələ bundadır ki, Gürcüstan tərəfi Ermənistanın Moskvanın adamı kimi tanınan Sergey Minasyanı Tifltsə göndərməklə, Rusiyanın maraqlarına xidmət etmək üçün öz diplomatik resurslarını ortaya qoyduqlarına inanırlar. Təbii ki, bunun iki ölkə arasındakı münasibətlərdə adi bir hadisə olmadığı kimi qəbul edilməsi ilə razılaşmaq lazımdır. Bəlkə də, elə bunun davamı kimi, oktyabrın 1-də iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək başqa bir xoşagəlməz hadisə qeydə alınıb. Belə ki, Cavaxetiyanın Qumburdo şəhərində gürcü polislər erməni kilsəsinin həyətində xaç daşını qurmaq istəyən yerli ermənilərə qarşı odlu silah və dubinkalardan istifadə ediblər. Bu barədə bu ölkədə hələ də qeydiyyatdan keçməmiş "Virk" partiyasının həmsədri David Pstakyan bildirib. Yaranmış insidenti millətlərarası qarşıdurmalardan yayındırmaq üçün Gürcüstan Daxili İşlər Nazirliyi rəhbəri bu əraziyə gəlib. Əlbəttə, baş verən son hadisələrin kökləri daha dərinlərə gedir: bu, bir tərəfdən Gürcüstanın ərazi siyasəti, digər tərəfdən isə ermənilərin Gürcüstanın ictimai həyatına natamam inteqrasiyası ilə bağlıdır. Bütün bunlara baxmayaraq, baş verən hadisə iki ölkə arasındakı münasibətlərdə bəzi çöküntülər qoymaqdadır.
Digər tərəfdən, son vaxtlar erməni-gürcü münasibətləri qarşılıqlı anlaşılmazlıq ilə müşayiət olunur. Məsələn, Ermənistanın NATO-nun hərbi təlimlərində iştirak etməməsi məsələsində hər iki ölkənin Müdafiə nazirliklərinin ziddiyyətli bəyanatı yalnız əlaqəli laqeydlik də demək deyil.
Rusiya ilə Qərb arasındakı münasibətlərdə görülən qarşıdurmanın yeni səviyyəsinin Ermənistan-Gürcüstan münasibətlərinə mütləq təsir etməsi mümkündür. Hər halda, həm Tiflis, həm də İrəvan Qərblə Rusiya arasındakı qarşıdurmanın iki ölkə arasındakı münasibətlərdə bölünməz xətt yaratmasına mane olmalıdır».
Ağasəf Babyaev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info