“Azərbaycanda idman prioritet sahələrdən birinə çevrilib”
Tarix: 02.10.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Bakıda Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib. Əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, WBC-nin prezidenti Maurisio Süleyman, çempion boksçular, aidiyyəti idman qurumlarının təmsilçiləri iştirak ediblər. Gənclər və idman naziri Azad Rəhimov tədbirə dünyanın ən məşhur boksçularının qatıldığını vurğulayaraq, Konvensiyanın boksun inkişafına yeni təkan verəcəyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qatılıb və 1 medala sahib olub. Ötən il idmançılarımız Rio-de-Janeyroda təşkil olunan Olimpiadada 18 medal qazanıblar. Bu, Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Azərbaycanın boks üzrə də mühüm nailiyyətlərinin olduğunu qeyd edən Azad Rəhimov Məhəmmədrəsul Məcidovun Almaniyada üçqat dünya çempionu adını qazandığını xatırladıb. Sonra Konvensiyaya qatılan çempionlar təqdim edilib. Ardınca dünya çempionu Vitali Kliçkonun karyerasından bəhs edən qısa film nümayiş olunub. V.Kliçko yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait var. O, idmana göstərdiyi qayğıya və Konvensiyanın yüksək səviyyədə keçirilməsində dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Konvensiya digər təqdimatlarla davam edib. Uşaq xorunun ifasından sonra əfsanəvi boksçu Evander Holifild Konvensiyanı açıq elan edib. Çempion boksçu Bernard Hopkins çıxışında yüksək təşkilatçılığa görə Azərbaycana minnətdarlığını bildirib. WBC-nin prezidenti Maurisio Süleyman Bakı Konvensiyasının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Biz uzun yol qət edərək Azərbaycana gəlmişik. Uzun və yorucu səfərin sonunda qonaqpərvər ölkəyə çatdıq. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə idmanı prioritet sahələrdən birinə çevirib. Bunun nəticəsidir ki, azərbaycanlı atletlər beynəlxalq arenada uğurla çıxış edirlər. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan boksçuları da WBC-dəki uğurları ilə tanınacaqlar”. Yeni kəmərlər barədə məlumat verən WBC-nin prezidenti əldə olunan uğurlardan və gələcək planlardan danışıb. Sonra WBC-nin inkişafındakı xidmətlərinə görə, qurumun Direktorlar Şurasının üzvü Ceyms Naveyə xüsusi mükafat təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“
17.08.2019
“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
17.08.2019
Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info