Türkiyə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü keçirilib
Tarix: 03.10.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Tehranda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb. Görüşdə hərbi əməkdaşlıq, İraqın kürd muxtariyyatında keçirilmiş referendum və regionda gedən proseslər müzakirə olunub. Görüşdən sonra keçirilən mətbuat konfransında M. Baqiri İran və Türkiyənin gələcəkdə əməkdaşlıq edəcəyini bildirib: “Aparılmış müzakirələrə əsasən iki ölkənin Silahlı Qüvvələri birgə təlimlər, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq edəcək”. İraqın Kürdistan muxtariyyatında keçirilmiş referenduma gəldikdə isə M. Baqiri bildirib ki, İranla Türkiyə bu məsələdə eyni mövqeyə malikdir. Onun sözlərinə görə, Tehranla Ankara İraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Baqiri Suriya məsələsinə də toxunub. O deyib ki, görüşdə İraq və Suriya ordularının müttəfiqləri ilə birlikdə “İŞİD” və təkfirçi terrorçularla mübarizədə əldə etdikləri uğurlar və işğal olunmuş ərazilərin azad olunması müzakirə edilib: “Ümid edirik ki, bu torpaqlarda sabitlik və təhlükəsizlik təmin olunacaq. Regionda terrorçulara qarşı birgə mübarizə və sərhədlərin təhlükəsizliyinin birgə qorunması barədə danışdıq və müsbət razılıq əldə etdik”. Akar isə qeyd edib ki, Türkiyə ilə İran arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir: “Çalışırıq ki, iki ölkə hərbi sahədə, xüsusən də terrorizmlə mübarizə, sərhədlərin təhlükəsizliyinin birgə qorunması istiqamətində əlaqələrini inkişaf etdirsin. İran-Türkiyə hərbi əməkdaşlığı gələcəkdə daha da inkişaf edəcək”.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info