Las-Veqasda silahlı hücum nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb
Tarix: 03.10.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Oktyabrın 1-dən 2-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərinin mərkəzində musiqi festivalına toplaşanlara silahlı hücum nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb, 200-dən çox insan yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok öldürülüb. O, musiqi festivalını izləyən insanları “Mandalay Bay Hotel” mehmanxana kompleksinin 32-ci mərtəbəsindən atəşə tutub. Polis qatilin yol yoldaşını - hadisə zamanı onunla birlikdə olmuş Mary Lou Denleyi adlı qadını axtarır. Həmçinin “Hyundai Tucson” və “Chrysler Pacifica Touring” markalı avtomobillərin də axtarışı aparılır. Xatırladaq ki, faciə “Mandalay Bay” otelinin və şəhər aeroportunun yaxınlığında yerləşən meydanda baş verib. ABŞ Prezidenti Donald Tramp Las-Veqasda silahlı hücum zamanı həlak olanların və zərər çəkənlərin ailələrinə başsağlığı verib. Tramp özünün Twitter səhifəsində faciə qurbanlarının və yaralıların doğmalarının kədərinə dərindən şərik çıxdığını yazıb. Baş verən bu faciə artıq ABŞ-ın müasir tarixinə insanların kütləvi şəkildə güllələndiyi ən qanlı hadisə kimi düşüb.
****
Azərbaycan Prezidenti Las-Veqas şəhərində baş verən faciə ilə bağlı ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info