“Star”: ”AB Kataloniyadakı polis müdaxiləsinə səssiz qaldı”
Tarix: 03.10.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Avropa Birliyi (AB) İspaniyanın şərqində yerləşən Kataloniya bölgəsində həyata keçirilən müstəqillik referandumunda olan polis müdaxiləsinə səssiz qaldı.Bu barədə Türkiyənin “Star” qəzeti yazır ki,Konstitusiya Məhkəməsinin qadağan etdiyi referenduma İspaniya təhlükəsizlik orqanları ciddi şəkildə müdaxilə edib:” Müdaxilə nəticəsində 844 nəfər yaralanıb və 3 nəfər həbs edilib. Ancaq bütün bu hadisələrə İspaniyanın daxili işi olaraq baxan AB rəsmiləri polis müdaxiləsini qınamaqdan çəkindilər. Kataloniyanın başqanı Carles Puigdemont: “Kataloniya artıq bir daxili məsələ deyil, bir Avropa məsələsidir”- deyə bəyanat verib. Kataloniyanın xarici işlər naziri Raul Romeva da “Kataloniyada baş verənlər, insan hüquqları pozuntusu istiqamətində ciddi bir hadisədir. Bu Avropa Birliyini də təhdid edir”- deyə AB və üzv dövlətlərin qarşılıq vermələrini tələb edib.
AB Kataloniyada baş verən hadisələrə görə səssiz mövqedə dayanarkən Birliyin üzvləri olan Belçika və İngiltərdən reaksiya gəlib. Kataloniyadakı hadisələri açıqca qınamayan İngiltərənin xarici işlər naziri Boris Johnson deyib: “Baş verən hadisələrdən narahatlıq duyuruq. Kataloniyada keçirilən referendum konstitusiyaya uyğun deyil. Buna görə bir çıxış yolu tapılmalıdır. Hadisələrin sakitləşəcəyinə ümid edirik”.
Müxalif lider Jeremy Corbyn polis müdaxiləsinin şok edici olduğunu qeyd edib.
AB-nin nümayəndələri Kataloniyada olan hadisələrlə bağlı daha əvvəl açıqlamalarında da bunun İspaniyanın daxili işi olduğunu vurğulayaraq “AB İspaniya hökümətinin qərarlarına və Konstitusiyasına hörmətlə yanaşmalıdır” –deyə açıqlama verib.”
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info