Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib
Tarix: 03.10.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Milli Məclisin plenar iclasında 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında parlament qərarının layihəsi müzakirə edilib. Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının qanunvericilik işləri planının hazırlandığını və bu planın parlamentin 15 komitəsində keçirilən müzakirələr nəticəsində plenar sessiyaya təklif edilən məsələlər olduğunu bildirib. Oqtay Əsədov, həmçinin Milli Məclisin 2017-ci il yay və növbədənkənar sessiyalarının uğurla başa çatdığını vurğulayıb. Bildirib ki, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür. Bu təşkilatlarda Azərbaycan parlamentinin üzvləri çox fəal iştirak ediblər. Parlamentin yay və növbədənkənar sessiyaları dövründə 33 ölkəyə 90-dan çox nümayəndə heyəti göndərilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Deputatlar Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbiri keçirilib. Deputatlar Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında müzakirələr apararaq fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub. Plenar iclasda “Dövlət qulluğu haqqında” qanuna ötən sessiyada edilən dəyişikliklərlə bağlı ölkə Prezidentinin etirazı haqqında qərar layihəsi müzakirə olunub. MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Prezident öz hüququndan istifadə edərək layihəyə düzəlişlə bağlı etirazını bildirib. Layihədə etiraza səbəb “Dövlət qulluğu haqqında” qanunda əsas səlahiyyətləri Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Prezident Administrasiyası, habelə dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxil olan siyahıya Məhkəmə Hüquq Şurası Aparatının da salınması olub. Yeni düzəlişə əsasən, Məhkəmə Hüquq Şurası Aparatına dövlət orqanı statusu verilib və yuxarıda qeyd olunan dövlət qurumlarından sonrakı kateqoriyaya aid olunub. Layihə səsə qoyularaq qəbul edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info