“Nizami“ stansiyasında əsaslı təmir və bərpa işləri başa çatıb
Tarix: 03.10.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


 
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, stansiyada bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb.
 
“Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi şair Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.
 
“1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Ötən 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşüb. Havalanma sistemi kifayət qədər səmərəli olmadığına görə dağıdıcı proseslər daha sürətlə davam edib. Buna görə təmirin birinci mərhələsində stansiyada hava axınının normal paylanmasına imkan verməyən maneələr aradan qaldırılıb. Hava dövriyyəsinin sürətini artırmaq üçün platformaaltı sahədə arakəsmələr dağıdılıb, kabel kollektorları təmizlənib, həmçinin hər iki platformanın dayanıqlığını artıran konstruktiv tədbirlər görülüb. Həmin müddətdə stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Yeri gəlmişkən, hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlib, rəngləri solmuşdu”, - deyə N.Paşayev bildirib.
 
Qurum rəsmisinin sözlərinə görə, stansiyanın memarlıq incisinin yerləşdiyi orta zalın təmir işlərinin miqyası daha geniş olub. İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmış, artıq öz funksiyasını yerinə yetirə bilmirdi və bu baxımdan pannoların dağılıb tökülmək təhlükəsi yarana bilərdi. Bunun qarşısını vaxtında almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə vaxtilə bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulub: “Burada da təmir mərhələli şəkildə aparılıb. Əvvəlcə pannoların və keçid tağlarının (pilonların) arxasındakı metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənib. Dayaq elementləri olan bu metal konstruksiyaların yenilənməsi ilə paralel olaraq pannoların bərpasına başlanılıb. Ümumiyyətlə, Nizami Gəncəvinin portreti və ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar”.
 
Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib. Sonra pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılıb, müasir izolateks, silikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaradılıb. Mozaik təsvirlərin üzərinə də elementlərin dayanıqlığını təmin edən maddə çəkilib. Sonrakı prosesdə mozaik təsvirlərin çatlamış, deformasiyaya uğramış və ya itmiş, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrin orijinallığı bərpa olunub. Onlar əsl kaşı daşından mozaika üçün bişirilmiş olan parçalarla əvəzlənib və bununla hər biri bir sənət əsəri olan pannolar tam bərpa olunub.
 
“Artıq orta zal bütünlüklə mərmər üzlüklərlə üzlənib. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr bərpadan sonra xeyli dəyişilib. Pannoların altındakı yazılar isə latın qrafikalı Azərbaycan əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı qorunaraq saxlanılıb. Stansiyanın işıqlandırılması ilə bağlı əsaslı işlər görülüb. Tavanın çilçıraqları tam bərpa edilib. İndi stansiyanın bədii-memarlıq tərtibatı “Durlum GmbH” şirkətinin quraşdırdığı korroziyaya davamlı özəl metal asma tavanla vahid kompozisiya təşkil edir. Beləliklə, “Nizami” stansiyası məsuliyyətli, çətin, lakin şərəfli əmək fədakarlığı nümunəsi ilə əvvəlki görkəminə qaytarılaraq, yaxınlaşmaqda olan yarıməsrlik yubiley ərəfəsində Bakı metropoliteninin şəhər sakinləri və onun qonaqlarına xüsusi ovqat yaradan daha bir töhfəsi olub”, - deyə N.Paşayev vurğulayıb.
 
N.Paşayev onu da əlavə edib ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq: “Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info