İsa Həbibbəyli: “Yaxın zamanda peşə təhsili sahəsi rəqabətə davamlı sahələrdən biri olacaq”
Tarix: 03.10.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


“Ən yaxın zamanda Azərbaycanda peşə təhsili sahəsi rəqabətə davamlı sahələrdən biri olacaq”. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili və təlimində dövlət-özəl əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda Təhsilə Dəstək Proqramı-Peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün Fəaliyyət Qrantları” seminarında çıxışında bildirib ki, Azərbaycanda cəmiyyət, valideynlər daha çox ali təhsilə maraq göstərirlər: “Hər kəs övladının hansısa peşəyə yiyələnməsini görməkdənsə, onun ali təhsil alması barədə düşünür. Lakin etiraf etməliyik ki, son illər həyata keçirilən islahatlar nəticəsində gənclərin peşə təhsilinə marağı nisbətən artıb. Bu il peşə təhsilinə qəbulun nəticələri əsasında ilk peşə təhsili müəssisələrində qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan marağını təsdiq edir. Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq, Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair strateji yol xəritəsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info