Azərbaycan və Belarusiyanın tibbi əməkdaşlığı genişlənir
Tarix: 03.10.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor Mixail Gerasimenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı institutun rektoru, professor Nazim Qasımov müəssisələr arasında üç ildən bəri davam edən əməkdaşlıq əlaqələrinin davam etdiyini və onun daha da genişlənməkdə olduğunu söyləyib. Həmin əlaqələrin nəticəsi olaraq institutun onlarla rezidenti Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasına rotasiya olunaraq təhsil alıb və alır. İnstitutlar arasında diplomdansonrakı təhsil məsələləri üzrə “dəyirmi masa” formatında telekörpülər keçirilib, müştərək elmi araşdırmalar nəzərdə tutulub.
Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor M.A.Gerasimenko iki ölkə arasında olan dostluqdan, təhsil və tibb sahələrində əldə edilən uğurlardan danışıb. Qonaq ölkəsində tibb təhsili sahəsində əldə olunan uğurlardan bəhs edərək deyib ki, diplomdansonrakı təhsillə əlaqədar azərbaycanlı həmkarları ilə perspektivi olan işlər planlaşdırılır və yaranmış əlaqələri daha da sıxlaşdırmaq lazımdır.
Müzakirələr zamanı Belarus və Azərbaycanın tibb təhsili verən ali məktəbləri arasında müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra rektorlar Ə.Əliyev adına ADHTİ-nin bir neçə kafedrasında Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış müasir simulyasion mərkəzlərin işləri ilə tanış olublar. Qeyd olunub ki, yeni avadanlıqlar ixtisasartırma keçən həkimlərin müasir diaqnostika və müalicə metodlarına yiyələnmələrində əvəzsiz xidmət göstərir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Loqos” da Yunus Əmrə İnstitunun təqdimatı keçirilib
22.06.2019
Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunlarının buraxılışı olub
22.06.2019
PA: Müdafiə Sənayesi Nazirliyi ləğv olunmuş hesab edilmir və öz fəaliyyətini davam etdirir
22.06.2019
Daşkənddə gömrük məsələləri ilə bağlı iclasda Azərbaycan da təmsil edilib
22.06.2019
Nazirlik sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info