Professor Vidadi Muradovun yeni kitabının təqdimatı olub
Tarix: 03.10.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsində Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” monoqrafiyasının təqdimatı olub.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çoxsaylı tədqiqatların nəticəsini özündə əks etdirən yeni nəşrin Azərbaycan tarixşünaslığı üçün elmi əhəmiyyətindən söhbət açıb. O, Vidadi Muradov tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbinin, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin tədqiq və təhlil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, professorun Naxçıvan xalçaçılıq tarixi ilə bağlı tədqiqatları respublikamızın müxtəlif elmi jurnal və qəzetlərində işıq üzü görüb. Onun araşdırmaları, həmçinin Azərbaycan, ingilis, rus dillərində dərc edilən “Naxçıvan xalçaçıları” adlı kitabda, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” filmində əksini tapıb.
İsmayıl Hacıyev Naxçıvanda xalq yaradıcılığı - xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətinə görə Vidadi Muradovun Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2013-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görüldüyünü bildirib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilmiş qiymətli monoqrafiya” mövzusunda məruzəsi dinlənilib. İctimaiyyətə təqdim olunan yeni nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğu deyən alim monoqrafiyanın XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında sənətkarlığın və ticarətin tədqiqinə həsr olunduğunu bildirib. Qeyd edib ki, çoxsaylı arxiv materiallarının və 449 adda ədəbiyyat mənbələrinin istifadə olunduğu nəşrdə həmin dövrlərdə ticarətin və sənətkarlığın vəziyyətinə təsir göstərən bir sıra amillər, o cümlədən diyarın siyasi və sosial-iqtisadi vəziyyəti ilə bağlı araşdırmalar yer alıb.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Fizzə Quliyeva çıxış edərək, monoqrafiyanın Naxçıvanın sənətkarlıq və ticarət tarixi sahəsində məlumatları özündə cəmləşdirən dəyərli mənbə olduğunu vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info