Maldarlığın intensiv inkişafına dair Dövlət Proqramı layihəsi hazırlanıb
Tarix: 03.10.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı” layihəsi hazırlanıb. Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məlumat verilib. Hesabatda qeyd olunub ki, cari ilin ilk 6 ayında ölkəyə 2177 baş cins damazlıq boğaz düyələr gətirilib. Onlardan 1311-i 188 hüquqi və fiziki şəxsə güzəştli şərtlərlə satılıb, 866 baş heyvan isə hazırda karantində saxlanılır.
Ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması ilə bağlı İmişli, Bərdə və Ağcabədi rayonlarında həyata keçirilən pilot layihənin təcrübəsinin digər regionlarda tətbiq edilməsi istiqamətində Proqram layihəsi hazırlanıb. Əldə olunan təcrübəyə əsaslanaraq, layihənin ikinci mərhələsi kimi daha təkmil kooperativləşmə və idarəetmə modellərinin yaradılması və digər rayonlara tətbiqi ilə bağlı qiymətləndirmə işləri artıq başa çatıb. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, layihənin həyata keçiriləcəyi rayonlar müəyyənləşdirilib.
Bununla yanaşı, hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma və biznes-planlar hazırlanır, eyni zamanda, fermerlərin seçimi üzrə müvafiq fəaliyyətlər icra olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info