ADNSU-nun Əsaslı kitabxanası mükafatlandırılıb
Tarix: 03.10.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Sentyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı İdman Sarayında təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə mükafatlandırlıb. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Qeyd edək ki, 100-dək yerli və 40-dan artıq xarici nəşriyyat, universitet, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərgidə ADNSU-nun Əsaslı kitabxanasının 150 kitabı nümayiş etdirilib. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, miniatür kitablar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and Industry” jurnalı nümayiş olunub. Bundan əlavə, ADNSU Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə təşkil olunan “Sən də oxu” adlı kitab xeyriyyə aksiyasına qoşularaq fonda 40 adda kitab və jurnal hədiyyə edib.
3 gün davam edən sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq şansı qazanıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info