Bu gün növbəti hərrac keçirilib
Tarix: 03.10.2017 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Oktyabrın 3-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhəri üzrə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaqları üçün keçirilən açıq və şəffaf hərraclar rəqabətli şəkildə davam edir. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq, özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan “QAZ-2705” nəqliyyat vasitəsinə 2 sifariş verilib. İlkin start qiyməti 1250 manat olan “QAZ-2705” ən son 2450 manata özəlləşdirilib.
Məlumat üçün bildirilir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Bu əmlakın ümumi faydalı sahəsi 64,5 kvadratmetr təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nəsimi, Nərimanov, Suraxanı rayonlarında, digəri isə Sumqayıtda yerləşir.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Suraxanı rayonunda yerləşir. Həmin əmlak 2250 manata sahibini tapıb.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək kifayətdir.
Hərrac vasitəsilə özəlləşdirilməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda, bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yerləri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.
Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə bizneslərini qurmaq imkanı yaradır. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişləndirilməsinə, istehsal həcminin artırılmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün Özəlləşdirilmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirilmə portalı, eləcə də “facebook”dakı rəsmi səhifəsi və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac oktyabrın 10-da keçiriləcək. Hərraca çıxarılan əmlaklarla http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2539keçiddən istifadə etməklə tanış olmaq mümkündür.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info