Birləşdirilən peşə təhsili müəssisələrindəki müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Tarix: 03.10.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


“Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sonradan həmin müəssisələr üzrə yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq”.
Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib. Onun sözlərinə görə, optimallaşdırma aparılmayan müəssisələrdə isə çatışmayan müəllimlərin, kadrların yerləşdirilməsi cari məsələlərdir. F. Mustafayev qeyd edib ki, bütün təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə ilə həyata keçirilir. Direktor bildirib ki, hazırda Təhsil Nazirliyinin keçirdiyi imtahanlardan keçmiş ümumtəhsil fənn müəllimlərinin peşə təhsili müəssisələrində yerləşdirilməsi ilə bağlı elan verilib: “Bakıda demək olar ki, optimallaşma prosesi aparılıb, nəticədə müəssisələr birləşib və yaxın gələcəkdə mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info