“Made in Azərbaycan” brendi Konyak şəhərində təbliğ edilir
Tarix: 03.10.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Made in Azərbaycan” brendi artıq Fransanın Konyak şəhərində də təbliğ edilir. Konyak sakinləri Azərbaycan şərablarını, eləcə də bioməhsullarını dada biləcəklər.
Konyak şəhərində “Tovuz Baltiya” şirkətinin “Tovuz Nar Evi” adlı mağazası fəaliyyətə başlayıb.
“Qafqazın mirvarisi Azərbaycan” adlanan “Tovuz Nar Evi”ndə Azərbaycan istehsalı olan şərablar, nar şirələri və digər içkilərlə yanaşı, nar yağı kimi nadir məhsul da yer alıb.
“Tovuz Baltiya” şirkətinin baş direktoru Naiq Məmmədhəsənov bildirib ki, “Prodakt of Azerbaycan” brendi altında yerli məhsullarımızın xaricdə tanıdılması hər bir sahibkar üçün əsas hədəf olmalıdır. Vurğulanıb ki, təqdim olunan məhsullar arasında “Qarabağ”, “Sarı gəlin” adlı şərab və konyak məhsulları da var. Bu isə Dağlıq Qarabağ həqiqətlərini Konyak sakinlərinə tanıtmaq məqsədi daşıyır.
Konyak şəhərinin meri Mişel Qurinşa Konyakla Tovuz arasında əlaqələrin, eləcə də bütünlükdə Fransa-Azərbaycan münasibətlərinin sürətlə genişləndiyini və bunun hər iki tərəfin maraqlarına xidmət edən sağlam dostluq əlaqələri olduğunu diqqətə çatdırıb.
Açılış mərasimindən sonra qonaqlar “Tovuz Nar Evi” ilə tanış olublar. Onlara Azərbaycan şərabları, fərqli nar şirələri təqdim edilib.


Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info