YAP-a yeni üzvlər daxil olub
Tarix: 08.05.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyevin dövlətçilik dərsləri” mövzusunda növbəti məşğələsi Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyində keçirildi. Məşğələdən öncə ümummilli liderin abidəsi ziyarət edildi.
Azərbaycan Respublikasının Əməkdar müəllimi, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov məşğələni giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin, ideyalarının öyrənilməsinin zəruriliyindən bəhs etdi, ümummilli liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə bağlı universitetdə keçirilən silsilə tədbirlər barədə məlumat verdi.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ətrafında geniş məruzə etdi. Məruzədə böyük siyasi xadim, bəşər tarixindəki nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyevin hələ totalitar sovet rejimi zamanı milli ideologiyanın yaşadılmasındakı, elm və təhsilin, milli tariximizin, mədəniyyətimizin və ədəbiyyatımızın qorunması və təbliğindəki, iqtisadiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıldı. Məmməd Rzayev qeyd etdi ki, dahi öndər XX əsrin sonlarındakı siyasi fəaliyyətini Azərbaycanın milli müstəqilliyinin qorunmasına, dinamik inkişafına, sosial-iqtisadi tərəqqisinə, dünya arenasında tanınmasına həsr edərək xilaskarlıq, liderlik missiyası oynayıb. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəyliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi ümummilli liderin adı ilə bağlıdır. Məruzəçi vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası hərtərəfli və dinamik inkişaf yolundadır. Azərbaycan xalqı bundan sonra da Heydər Əliyev ideyasının, dühasının işığında sıx birləşərək milli birlik, əzmkarlıq nümayiş etdirəcək. Sonra YAP sıralarına qəbul edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim olundu. Məşğələnin sonunda muzeyə ekskursiya oldu.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info