Cəfər Cəfərov: “Müəllimlik şərəfli, müqəddəs peşə olmaqla yanaşı, həm də məsuliyyətli peşədir”
Tarix: 03.10.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2017-2018-ci tədris ilində 500-dən çox bal toplayaraq Filologiya fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirib. Filologiya fakültəsinin və Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ADPU öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə daxil olub. ADPU həm struktur, həm də tələbə sayına görə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən birinə çevrilib. Hazırda ADPU-da 20 minə yaxın tələbə təhsil alır. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu yüksəlib. Bu il 259 nəfər abituriyent 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub ki, bunun da 82 nəfəri Filologiya fakültəsinə qəbul olunub. Bu, çox sevindirici haldır. 2014-2015-ci tədris ilində cəmi 6 nəfər 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Ümummilli liderimiz Heydər Əliyev müəllim haqqında deyib: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Xalqımızın, millətimizin taleyi, ölkəmizin gələcək inkişafı, dövlətimizin müdafiə qüdrəti məhz müəllimdən asılıdır. Siz müasir dövrün tələblərinə cavab vermək üçün daim öz üzərinizdə çalışmalı, oxumalı, mütaliə etməli, xarici dilləri yaxşı öyrənməli, bilik və bacarıqlarınızı artırmalısınız. Siz ADPU-nun, eləcə də ölkəmizin gələcəyisiniz. Müəllimlik şərəfli, müqəddəs peşə olmaqla yanaşı, həm də məsuliyyətli peşədir. Bizim sizə yaxşı təhsil vermək üçün görüləcək işlərimiz, həyata keçirəcəyimiz tədbirlər çoxdur. Universitetdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, hərtərəfli biliyə, geniş və müasir dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik müəllimlərin işə cəlb edilməsi istiqamətində ciddi işlər görülür. Siz lazımi bilik və bacarıqları əldə etmək üçün bütün mövcud resurslardan düzgün və səmərəli istifadə etməlisiniz. Rektor çıxışının sonunda tələbə-gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxışında bildirib ki, tələbələr qazandıqları uğurla kifayətlənməməli, daha yüksək nəticələrə çatmaq üçün həmişə oxumalı, bilik və dünyagörüşlərini genişləndirməli, universitetin ictimai-mədəni həyatında fəal iştirak etməlidirlər. Kitab oxumaq, mütaliə etmək gənclər üçün çox vacibdir. Kitabları ürəklə, həvəslə oxumaq lazımdır. Yalnız bu halda gənclər yüksək səviyyəli mütəxəssis, əsl vətəndaş ola bilərlər.
Xalq şairi Qabilin oğlu, yazıçı, publisist, tərcüməçi Mahir Qabiloğlu çıxışında tələbələrə uğurlar arzulayıb, atasının 7 cildlik külliyatının 5 cildini ADPU-ya hədiyyə edib və qalan 2 cildi oktyabrın sonlarında universitetə təqdim edəcəyini vurğulayıb.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru Azər Hüseynov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək tələbələrə yaxşı oxumağı, ölkəmiz üçün peşəkar və müasir mütəxəssislər kimi yetişməyi tövsiyə ediblər.
Görüşdə tələbələrə kitablar hədiyyə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info