“BMT qərarlarına əməl edilməsi bütün ölkələr üçün prioritet olmalıdır“
Tarix: 03.10.2017 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Bu gün Kremldə 20 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirləri prezident Vladimir Putinə etimadnamələrini təqdim ediblər.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfirlər etimadnamələrini təqdim etdikdən sonra Rusiya prezidenti Vladimir Putin mərasimdə çıxış edib. O, Rusiyanın yeni səfirlərin təmsil etdikləri ölkələrlə ikitərəfli əlaqələrinə, dünyada baş verən böhranlara və regional münaqişələrə toxunub. Rusiya-ABŞ münasibətlərindən danışan V. Putin bildirib ki, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti qənaətbəxş deyil: “Moskva Vaşinqtonla konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Əminik ki, bu münasibətlərin əsasında bərabərlik prinsipi, milli maraqlara hörmət, daxili işlərə qarışmama dayanmalıdır”. 
 
Avropa İttifaqını vacib qonşu və əsas iqtisadi tərəfdaş adlandıran V. Putin Moskvanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında dayanıqlı əlaqələri, o cümlədən perspektivdə Atlantik okeandan Sakit okeana qədər ümumu iqtisadi və humanitar məkanın yaradılmasını dəstəklədiyini vurğulayıb.
 
Çıxışında regional münaqişələrin nizamlanmasına toxunan Rusiya prezidenti Ukrayna böhranı barədə danışıb. O, Rusiyanın BMT Təhlükəsizlik Şurasında irəli sürdüyü Donbasda sülhməramlı missiyasının yerləşdirilməsi təşəbbüsü ilə bağlı işgüzar və konstruktiv müzakirələrə ümid etdiyini söyləyib: “Ukraynadakı böhranın nizamlanmasının siyasi və təhlükəsizlik tərəfləri 2015-ci ilin fevralında Minskdə razılaşdırılıb. Nizamlanma prosesinə əlavə impuls vermək üçün Rusiya Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib”.
 
Rusiya-Moldova münasibətləri barədə danışan Rusiya prezidenti bundan sonra da Dnestryanı münaqişənin siyasi yolla həllinə kömək edəcəyini vurğulayıb. O, ölkəsinin Suriya böhranının nizamlanmasına töhfə verməyə davam edəcəyini də deyib.
 
V. Putin Şimali Koreya problemi ətrafındakı hərbi ritorikanın dalana aparan yol olduğunu söyləyib: “Bizim gözlərimiz önündə Koreya Xalq Demokratik Respublikasının nüvə proqramı ətrafında ziddiyyətli spiral dövriyyəyə buraxılıb. Bizim mövqeyimiz sizə məlumdur. Biz Pxenyanın BMT TŞ-nin qətnamələrini pozan addımlarını qınayırıq. Lakin hərbi ritorikanın qızışdırılması təkcə dalana aparan yol deyil, əminəm ki, həm də məhvə aparan yoldur. Bütün tərəflər təmkin göstərməli, sülh yolu həlli axtarmalıdırlar”.

Rusiya prezidenti Myanmarda müsəlmanların öldürülməsi ilə nəticələnən hadisələr barədə də danışıb. O, Rusiyanın Myanmardakı etnik münaqişədən narahat olduğunu bildirib, tərəfləri təmkinli olmağa və münaqişəni siyasi yolla nizamlamağa çağırıb.

Putin BMT-nin qərarlarına əməl olunmasının vacibliyindən də söz açıb. O deyib:
"BMT Təhlükəsizlik Şurası qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır. BMT Baş Assambleyasının sessiyasında dünya ictimaiyyətinin qarşılaşdığı hədə və təhlükələrin sayının artması barədə həyəcan təbili çalınıb. Qeyri-sabitlik şəraitində bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləməkdə başlıca məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət, hüququn aliliyinə riayət etməlidirlər".  
Çıxışının sonunda V. Putin Rusiya hakimiyyət orqanlarının, biznes dairələrinin və ictimai strukturlarının xarici diplomatların ölkə ərazisində işləməsi üçün bütün mümkün yardımı edəcəklərini bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info