Turizmdə yenilik: Şamaxı Safari Parkı bölğəyə turist axını yaradacaq
Tarix: 03.10.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Səfərlər üçün gündəlik ödənişin 150-250 dollar təşkil etdiyi safari üçün ən yaxşı mövsüm mayın sonu - oktyabrın əvvəlidir

Ölkədə turizmin prioritet olması ilə bağlı bu sektorun bütün növlərinin inkişafı vacibdir. Bu məqsədlə son illər davamlı olaraq yeni turizm növlərinin tətbiqinə çalışılır. Belə turizm növlərindən biri də ekoturizmdir. Ekoturizm təbiət səyahətinə əsaslanır və davamlılıq prinsipini əhatə edən bir sektordur. 1990-cı illərdən bəri, ekoturizm turizm sənayesində sürətlə inkişaf etməklə diqqəti cəlb edir. Ekoturizmin özünün bir neçə növü var ki, onlardan biri də Safari turizmidir. Şamaxı şəhərinə səfəri zamanı ölkəmizdə turizmin inkişafının vacibliyini bildirən Prezident İlham Əliyev bildirib ki, bu sektorda Şamaxı şəhərinin mühüm rolu var: “Şamaxı turizmin inkişafı üçün çox böyük imkanlara malik olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, - o da tarixi bir yerdir, - bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, otellərin mövcudluğu bunu şərtləndirir”.

Safari haqqında bilmədiklərimiz

Zaman keçdikcə tətil növləri və imkanları artsa da Safari turu təbiət sevənlər üçün səyahət siyahısında ilk yerdə qərarlaşıb. Bu gün dünyanın ən yaxşı Safari bölgələri dedikdə ilk olaraq bu turizm növü üçün ən yaxşı qitə təbiətin, vəhşi həyatın və heyvanların daxili dünyasına yaxınlaşmaq və müşahidə etməyə imkan verən Afrika qitəsidir. Dünyamızın bu qədim qitəsində meşələr, səhra, şəlalələr, minlərlə heyvan var. Dünyanın ən məşhur 3 Safari nöqtəsi məhz Afrikada yerləşir. Onlardan biri Kenyadakı Masai Maradır. 124 növdə fərqli ağaca sahib olan Masai Mara parkı ən məşhur təbiət möcüzəsi, küləkdə fit səsi çıxaran whispering ağaclarına malikdir. Təbiətin bir hissəsi kimi 500 növ quşa ev sahibliyi edir. Bununla yanaşı, burada hər cür vəhşi heyvanları görmək mümkündür. Bu gün 800 illik ibtidai həyatını davam etdirən Masai xalqı ilə də yaxından tanış olmaq şansı var.
Digər məşhur bölgə isə Tanzaniyadakı Serengeti Milli Parkıdır. Serengeti, Tanzaniyaya bağlı Zanzibar adasının qorunan bölgəsidir və dünyanın ən qədim ekosistemlərindən birinə malikdir. Bir milyon il ərzində iqlim və təbiət heç vaxt dəyişməyib. Serengetidə milli park içərisində, antilop sürüləri, Afrika maralı, qaya antilopu, zebr, ceyran, aslan, impala, bəbir, çita, kaftar və digər böyük məməlilər; kərgədan, zürafələr, fillər və digər heyvanlar yer alır.
Üçüncü məşhur bölgə Cənubi Afrikadakı Kruger bölgəsidir. 19.485 km əhatə edən bu milli park Afrikanın ən böyük milli parkıdır. 517 quş növünə, 11 min filə, 147 məməli növü və Safari səyahəti üçün mühüm olan “Big Five” adlı heyvan növlərinin hamısına sahibdir. Burada Qara mamba və 3000-dən çox timsah daxil olmaqla, 114 sürünən növünü də görmək olar.
Afrikanın əksər yerlərində təbii parklar var. Bəzi parklarda (məsələn, Tanzaniya, Keniya) fil, şir, pələng kimi vəhşi heyvanlar görməklə yanaşı, məsələn, Uqandada qorilla görmək üçün də Safariyə gedilir. Noyabr-aprel ayları yağışlı mövsümdür. Bu yağışlı mövsümdə təbii parklarda Safariyə nəqliyyat vasitələrinin hərəkəti yağışla bağlı məhdudlaşır və Safari üçün çətindir. Bu baxımdan, Safari üçün ən yaxşı mövsüm may ayının sonu və oktyabrın əvvəlləridir. Safariyə yalnız halda getmək çətindir. Bu səfər üçün “Jeep” avtomobili kirayə etməklə yanaşı, bir sürücü ilə getmək daha uyğundur. Yağışlı mövsümdə (noyabr-aprel arası) Serengetidə yaşayan heyvanlar Masai Mara bölgəsinə köç edirlər. Bu miqrasiya mayın sonlarında başlayır. Serengetidə havaların soyuması və yağış artımı ilə birlikdə Masai Maradaki heyvanlar oktyabr ortası təkrar Serengetiyə köç edirlər. Son illərdə qlobal iqlim dəyişikliyi səbəbindən heyvanların bu köçündə də dəyişiklik müşahidə olunur. "Big Five" adlı beş böyük heyvanı görənlər çox şanslıdırlar. Bunlar fil, aslan, bəbir, buffalo və kərgədandır. Adətən “Jeep” avtomobilində 6-8 nəfər səyahətə çıxır. Bu səfərlər üçün gündəlik ödənişin miqdarı isə adətən 150-250 dollar təşkil edir. Onu da qeyd edək ki, Safari zamanı heyvanları yemək atmaq olmaz. Onların vəhşi mühitdə, səhrada və yeməkləri özləri tapmalı olduğunu unutmaq olmaz.

Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var

Qeyd edək ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var. Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info