Qırğızıstanda Rusiyanın ikinci hərbi bazası yaradılır
Tarix: 03.10.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Baş naziri Sapar İsakovdan sürpriz aşıqlama: “Qırğızıstan hesab edir ki, təhlükəsizliyin təmin olunması üçün nəinki Qırğızıstanda, ümumiyyətlə regionda Rusiya hərbi bazasına ehtiyac var”
Qırğızıstanın baş naziri Sapar İsakovun ölkəsinin ərazisində ikinci Rusiya hərbi bazasının açılması ilə bağlı danışıqlar aparıldığını açıqlaması böyük rezonans doğurub. Baş nazir “RİA Novosti”yə açıqlamasında deyib ki, bu məsəl ilə bağlı artıq müvafiq nazirlər səviyyəsində danışıqlar aparılır: “Qırğızıstan hesab edir ki, təhlükəsizliyin təmin olunması üçün nəinki Qırğızıstanda, ümumiyyətlə regionda hərbi bazanın yerləşməsinə ehtiyac var”. İsakov eyni gün “Rossiyskaya qazeta”ya açıqlamasında isə bildirib ki, ABŞ yenidən ölkədə baza yaratmağa cəhd etməyib. Amma başqa tərəfdaş dövlətlərdən belə bir istək ifadə olunub. Bu məsələyə Rusiya dövlət başçısının mətbuat katibi Peskov da münasibət bildirib. O, qeyd edib ki, bu məsələ ilə Xarici İşlər və Müdafiə nazirlikləri məşğul olduğundan onların açıqlamasını gözləmək lazımdır. Bundan başaq Rusiya rəsmilərinin məsələ ilə bağlı açıqlaması yoxdur. Ekspertlər hesab edir ki, Moskva Qırğızıstanda ikinci hərbi bazanın açılması ilə bağlı hələ qərar verməyib. Amma Bişkek ikinci baza ilə bağlı istəyini açıq şəkildə ifadə etməkdən çəkinmir. Baş nazir qətiyyətlə ifadə edib ki, ölkəsinin ərazisində ABŞ hərbi bazası olmayacaq. Xatırladaq ki, ABŞ hərbçilərinin məskunlaşdığı “Manas”dakı hərbi baza 2014-cü ildə bağlanıb. Bu ilin fevral ayında Rusiya dövlət başçısı Putin bildirmişdi ki, əgər, Bişkek istəmirsə və ona Moskvanın yardımı lazım deyilsə, onda Moskva “Kant” hərbi bazasını bağlaya bilər. Ekspertlər hesab edir ki, Putinin dilindən səslənən “əgər” ifadəsi əslində məsələnin mahiyyətini ortaya qoyur – “Kant”dakı hərbi baza bağlanmayacaq və ruslar həmin bazada qalmaqda davam edəcəklər. Doğrudur, regiondakı əsas qüvvə Tacikistanda yerləşən 201-ci hərbi bazadır. Amma “Kant” mərkəzi Asiyada yerləşən Rusiya qüvvələrinin hava müdafiəsinin ən vacib elementlərindən birinin təşkil edir. “Vzqlyad” nəşri yazır ki, Kreml “Kant”dakı bazanı daha da gücləndirmək fikrindədir. Bişkeklə Moskva arasında imzalanan müqaviləyə əsasən ruslar 2058-ci ilə qədər “Kant”dakı bazada qalacaqlar. Amma ötən ilin dekabr ayında Qırğızıstan dövlət başçısı Atambayev gözlənilmədən bəyan etdi ki, baza bağlanacaq. Sonra bir qədər dəqiqləşmə edərək bildirdi ki, rusların bazası ölkəsinin ərazisində 15 il müddətində qalacaq. Qırğızıstanın İctimai Siyasət İnstitutunun əməkdaşı Mars Sariev bildirib ki, Qırğızıstanın cənubunda situasiya xeyli gərginləşib. Suriya ərazisində məğlubiyyətə uğrayan “İŞİD” terrorçularının bir qismi Əfqanıstana “köçür”. Onun sözlərinə görə bununla bağlı Rusiyanın ikinci bazasının yaranması məsələsi gündəmə gəlib. Bazanın Batkensk vilayətində təşkil olunma ehtimalı yüksəkdir. Qeyd edilir ki, 1999-2000-ci illərdə silahlı qruplar məhz Batkenskdən keçərək Özbəkistana soxulmaq istəyiblər. Sariev hesab edir ki, Moskva terrorçu amilini nəzərə alaraq Batkeskdə baza yaratmalıdır. Əks halda Kreml mərkəzi Asiyada hərbi gücün artıra bilməyəcək. Digər tərəfdən Əfqanıstandakı terrorçuların regiona axışması ehtimalı da var. Ekspert onu da bildirib ki, həmin ərazidə iki tacik anklavı var və orada yaşayanlarla yerli qırğızlar arasında münaqişələr baş verir. Tacikistan və Qırğızıstan orduları həmin münaqişənin qarşısını ala bilmirlər. Rusiyalı ekspert Aleksandr Xramçixin “Vzqlyad” nəşrinə açıqlamasında bildirib ki, “Kant” bazası artıq simvolikdir. Bölgədə Rusiya üçün vacib olan mühüm obyektlər var və onları qorumaq üçün ikinci bazaya ehtiyac var. Ekspertlər bir məqama da diqqət edirlər ki, baza məsələsi oktyabrın 15-də Qırğızıstanda keçiriləcək seçkilərlə bağlı ola bilər. Məsələ ondadır ki, ABŞ Dövlət Departamentinə göndərilən məktubların bir qismi mətbuata yayılan zaman bəlli olmuşdu ki, həmin bu İsakov ABŞ səfirliyinə müəyyən informasiyalar verib. İndi baş nazir olan İsakov “Amerikanın adamı” kimi təqdim olunmaq istəmir. Ona görə də Rusiyanın ikinci bazasının açılmasını təklif etməklə Moskvaya loyal münasibət bəslədiyini nümayiş etdirir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info