“İraq və Suriyada baş verənlər bizim daxili işlərimizlə əlaqəli olan məsələdir”
Tarix: 03.10.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“Şimali İraqda referendum bölgəmizin kürəyinə yeni xəncər saplamaq cəhdidir. Söhbət kürdlər, ərəblər və türkmənlərin arasında sonu bitməyən bir qovğanın başlanmasına cəhddən gedir. İraq təkbaşına nə kürdün, nə ərəbin, nə də türkmənindir”. Bu sözləri Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edən partiyanın lideri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, İraq ortaq gələcəyin qurulmalı olduğu bir ölkədir: “Kərkük türküləri ilə böyümüş bir milləti “Kərkükdə bir neçə min türkmən” deyərək təhdid etmək heç kimin həddi deyil. Yaxud Mosula iddiaların heç bir əsası yoxdur. Hələ sanksiyalarla kifayətlənirik. Türkiyəni təhdid etməyə cəsarət edən Şimali İraq hakimiyyətinin dərhal ağlını başına yığmasını gözləyirik. Bu gün birilərinə güvənərək qardaşlığa xəyanət edənlər sabah çətinə düşəndə Türkiyənin qapısını yenə necə döyəcəklər?..” Türkiyə prezidenti qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin sürətli inkişafının qarşısını alan ölkədə baş verən çevrilişlər olub: “Suriya və İraqda baş verən hər bir hadisə bizim daxili işlərimizlə bağlıdır. Heç kimin bizə niyə Suriya və İraqla maraqlandığımızı soruşmaq haqqı yoxdur. İraq və Suriyada baş verənlərin ölkəmizə təsirinin də öhdəsindən gələcəyik. Bunun üçün birlikdə və qardaş olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info