Statistika Komitəsi beynəlxalq tədbirdə təmsil olunur
Tarix: 04.10.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İtaliyanın paytaxtı Romada keçirilən beynəlxalq tədbirdə təmsil olunur.
Komitənin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 2-5-də Romada BMT-nin Avropa İqtisadi Komissiyasının “Ekologiya statistikası və göstəriciləri” üzrə birgə məqsədli işçi qrupunun 14-cü sessiyası və İqlim dəyişikliyi ilə bağlı statistik məlumatların istehsalçıları və istifadəçiləri üçün forum keçirilir. Tədbirlərdə Dövlət Statistika Komitəsini energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova təmsil edir.
“Ekologiya statistikası və göstəriciləri” üzrə birgə məqsədli işçi qrupunun 14-cü sessiyasında iqlim dəyişikliyi ilə bağlı statistik məlumat və göstəricilər, biomüxtəliflik və energetika göstəriciləri, tullantılar statistikası üzrə işçi qrupunun fəaliyyəti, regional informasiya şəbəkəsinin yaradılması və ətraf mühitin qiymətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub. İqlim dəyişikliyi ilə bağlı statistik məlumatların istehsalçıları və istifadəçiləri üçün forumda isə torpaq, kənd və meşə təsərrüfatı sahəsində iqlim dəyişmələri ilə bağlı məlumatlar, iqlim dəyişmələri üzrə bir sıra göstəricilərin tətbiqi, təbii fəlakətlərin və ekstremal hadisələrin ölçülməsi ilə bağlı məsələlərə baxılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info