Kamal Abdullayev Prezidentin fərdi təqaüdünə layiq görülüb
Tarix: 04.10.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, texnika elmləri doktoru Kamal Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib.
Sərəncamda qeyd olunub:

Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Kamal Abdullayev 1936-cı ildə Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1961-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitunu (ADNSU) bitirib. Professor K.Abdullayev 300-dən çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş 6 monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış 10 dərsliyin, 20-dən çox elmi axtarışın müəllifidir.
Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2010-cu ildə alim Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Dünyanın bir neçə ölkəsinin Elmlər Akademiyasının üzvü seçilmiş Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb. O ABŞ-ın “Elmin açarı” mükafatı ilə təltif olunub.
Energetikanın ekologiyası ilə bağlı axtarışları, kəşf və ixtiraları, tövsiyələrinə görə 2000-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının M.V.Lomonosov adına mükafatına layiq görülüb. 60 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru yetişdirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info