Əmək və əhalinin sosial müdafiəsi nazirləri görüşüb
Tarix: 04.10.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Humanitar böhranların nəticələrinin aradan qaldırılması sahəsində hər iki ölkə nümunəvi təcrübəyə malikdir”

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Türkiyənin əmək və sosial müdafiə naziri Jülidə Seriyeroğlu arasında görüş olub.
BƏT-in 10-cu Avropa Regional İclasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən S.Müslümov iclas çərçivəsində J.Seriyeroğlunun sədrliyi ilə “Miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışı” mövzusunda keçirilən əmək nazirlərinin qeyri-rəsmi iclasının, iclasda aktual məsələlərin müzakirə çıxarılmasının əhəmiyyətini də diqqətə çatdırıb. Nazir bildirib ki, bu gün həm Türkiyə, həm də Azərbaycan BƏT prinsiplərinə sadiq qalan, əmək və məşğulluq sahələrində mütərəqqi beynəlxalq yanaşmaları fəal şəkildə bölüşən ölkələrdir. Eyni zamanda qaçqın və köçkünlərə, miqrantlara münasibətdə, onların problemlərinin həllində, ümumən humanitar böhranların nəticələrinin aradan qaldırılması sahəsində hər iki ölkə nümunəvi təcrübəyə malik olmaları ilə seçilirlər.
S.Müslümov Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli formatda və beynəlxalq təşkilatlar, o cümlədən BƏT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlığa dair imzalanan saziş əlaqələrimizin yüksək səviyyəyə çatmasına imkan verib. Sazişdən irəli gələn istiqamətlər üzrə fəal əməkdaşlıq, qarşılıqlı təcrübə və məlumat mübadilələri həyata keçirilir. Xüsusilə də iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın məqsədyönlü fəaliyyətini qeyd etmək yerinə düşər. Komissiya əlaqələrin mövcud vəziyyətinin təhlil edilməsi ilə yanaşı, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyən olunmasında önəmli işlər aparır”.
Nazir son illərdə ölkəmizdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yaradılmış avtomatlaşdırılmış sistemləri diqqətə çatdırıb, bu sahədə də qardaş ölkə ilə təcrübə mübadilələrinin aparılmasının önəmli ola biləcəyini bildirib. O, ölkəmizdə əmək bazarının inkişafı, aztəminatlı ailələrin rifah halının dəstəklənməsində sosial yardım mexanizmindən tədricən aktiv əmək bazarı proqramlarına keçidin təmin edilməsi, özünüməşğulluq proqramının icrası sahəsində görülən işlər barədə məlumat verib. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü addımların atılacağını qeyd edən S.Müslümov bu sahədə qarşılıqlı səfərlərin də önəmini diqqətə çatdırıb.
J.Seriyeroğlu ötən dövrdə iki nazirlik arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu və əlaqələrimizin bundan sonra da inkişaf etməsinə səy göstərəcəyini, əməkdaşlığın hər iki tərəf üçün müvafiq sahələrdə qarşılıqlı faydalar verdiyini bildirib.
Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsi qərara alınıb və əmək resurslarının rəqabət qabiliyyətinin artırılması, işçi qüvvəsinin ixtisasartımının təşkili və sertifikatlaşdırılması, peşə standartlarının hazırlanması və tətbiqi, gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info