Eldar şamı ağacını qanunsuz kəsən şəxs 2550 manat cərimələnib
Tarix: 04.10.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən Ərazi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı yaşköküstə 49 sm diametrliyində 1 Eldar şamı ağacının qanunsuz kəsildiyi məlum olub. Aparılan araşdırma zamanı ağacın Qaradağ rayonu Ələt qəsəbə sakini Rəşad Fərzəliyev tərəfindən kəsildiyi və təbiətə 2550 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon Prokurorluğuna göndərilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info