Məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olunub
Tarix: 04.10.2017 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda məişət zorakılığı ilə bağlı elektron məlumat bankı təqdim olunub. Məlumat bankının bu gün keçirilən təqdimat mərasimində çıxış edən BMT Əhali Fondunun Baş müşaviri Fərid Babayev deyib ki, məlumat bankının olması bu sahədəki dinamikanı müşahidə etməyə imkan verəcək.
Onun sözlərinə görə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” qaydalarını təsdiq edib.
Azərbaycan Prezidentinin fərmanına əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun tərəfindən birgə həyata keçirilən “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının direktoru Mikaela Meredis bildirib ki, “Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə” adlı 2 illik gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verir.
Layihə GƏZ ilə daha səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strategiyalarının hazırlanması üçün sözügedən zorakılıq hallarının səbəb və nəticələri haqqında sistemli və standartlaşdırılmış bilik və məlumatların emal edilməsini aparır.
Layihənin məlumatların toplanması və emalı komponentləri Azərbaycanda gender əsaslı zorakılığın azaldılması üçün effektiv qabaqlayıcı, müdafiə və hesabatlılıq mexanizmlərin təkmilləşdirilməsi üçün münbit hüquqi və siyasi mühitin formalaşmasına yardım edəcək. Bu məqsədlə layihə çərçivəsində bütün iştirakçı tərəflərin qadın hüquqlarının müdafiəsi və təbliği üçün lazımi qaydada vəzifələrinin bölgüsünü əks etdirəcək xüsusi icra mexanizmi və strateqiyasının yaradılması gözlənilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info