Məhəbbət Vəliyeva: “Təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi əsas hədəflərdəndir”
Tarix: 04.10.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
BŞTİ-dən bildiriblər ki, 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə BŞTİ-nin rəhbərliyi, struktur bölmə müdirləri, təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.
BŞTİ tərəfindən keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetməsi kimi məsələlərə toxunulub.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2017-2018-ci tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu deyən BŞTİ-nin müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Tədbir iştirakçılarını və paytaxtın təhsil ictimaiyyətini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən M.Vəliyeva 2017-2018-ci tədris ilinin daha uğurlu olacağına əminliyini bildirib.
BŞTİ müdirinin müavini Rəşad Tağıyev kadrlarla iş, işə qəbul üzrə müsabiqələrin təşkili və digər müvafiq məsələlərlə bağlı fikirlərini bölüşüb.
Sonra ötən tədris ilində qazanılan nailiyyətlərə, təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə bir sıra təhsil müəssisələrinin direktorları və onların təlim-tərbiyə işləri üzrə müavinləri BŞTİ-nin fəxri fərmanı ilə təltif olunublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info