“Asan İmza” Kiyevdə keçirilən “PKI Forum UA–2017”də təqdim edilib
Tarix: 04.10.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Asan İmza” Kiyevdə keçirilən “PKI Forum UA–2017” IV Beynəlxalq forumunda təqdim edilib.
Kiyev şəhərində “PKI Forum UA–2017” IV Beynəlxalq forumu keçirilib. Tədbir Ukraynanın Ədliyyə Nazirliyi, Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti və Elektron İdarəetmə Məsələləri üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil edilib. Forumun təşkilatçısı “İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları” Ümumukrayna Assosiasiyası olub.
“PKI Forum UA–2017”də işıqlandırılan əsas məsələlər elektron identifikasiyanın yeni xidmətləri və texnologiyaları, eləcə də elektron şəkildə inzibati və digər xidmətlərin təqdim edilməsi üçün elektron rəqəmsal imzanın (Mobile ID, Bank ID, Blockchain) tətbiqi perspektivlərinə həsr edilib. Elektron identifikasiya və etibarlı xidmətlərin təqdim edilməsi sisteminin təhlükəsizliyi, standartlaşdırma və normativ-hüquqi bazanın vəziyyəti, texniki həllərin digər sistemlərlə əlaqəsinin mümkünlüyü və digər mövzular müzakirə edilib.
Azərbaycanda Mobile ID Konsorsiumunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvü, eləcə də “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən “B.EST Solutions Azərbaycan” şirkətinin rəhbəri Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edək ki, Yana Krimpe forumda ikinci dəfə iştirak edir.
“B.EST Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycanın innovativ brendi sayılan “Asan İmza”nın müxtəlif ölkələrə ixracı istiqamətində intensiv işlər aparır. “Ümid edirik ki, “Asan İmza” əhalinin geniş təbəqəsinə elektron xidmətlərin göstərilməsi zamanı Ukraynanın nəinki innovativ identitentinə çevriləcək, eyni zamanda, Azərbaycanla Ukrayna arasında nəqliyyat-logistik marşrutların inkişafı, biznes-prosedurların ixracı və sadələşdirilməsi üçün yeni innovativ imkanlar yaradaraq ölkələrimiz arasında transsərhəd elektron xidmətlərin qurulması zamanı əsas əlaqələndirici element qismində çıxış edəcək”, - deyə Yana Krimpe qeyd edib.
Kriptoqrafik mühafizə sistemlərinin reallaşdırılmasında Ukrayna həmkarlarının peşəkarlığını yüksək qiymətləndirən Yana Krimpe yeni texnologiyaların reallaşdırılması və xüsusilə post-kvant kriptoqrafiyasının reallaşdırılması məsələsində yüksək texnoloji təcrübənin qarşılıqlı şəkildə zənginləşdirilməsi məsələlərində iki ölkə arasında əməkdaşlığın davam etdirilərək yeni perspektivlər açacağını vurğulayıb.
Forumda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla, innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilib.
Bu gün portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Yana Krimpe, eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq fərdiləşdirilmiş dövlət blokçeyn texnologiyasının necə reallaşacağını, bütün tranzaksiyaların harada log, imza və vaxt möhürünə malik olacaqlarını konfrans iştirakçılarına nümayiş etdirib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “Azexport.az” portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq. Sərəncamın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənib. Əsasnaməyə görə, portaldan gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə, portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə reallaşdırılır.
Digər prosedurlar da “Asan İmza” gücləndirilmiş mobil elektron imza vasitəsilə həyata keçiriləcək. “mResidence” layihəsi konfrans iştirakçılarının xüsusi marağına səbəb olub. Bu layihə xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verir. Bu yaxınlarda istifadəyə verilən “AsanDoc.az” portalı sayəsində isə orada audentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” ilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə, portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilib, eləcə də özəl şirkətlərlə sənəd dövriyyəsi prosesi sadələşdirilib. “PKI Forum UA–2017”nin iştirakçılarına “Asan İmza” vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, “Elektron hökumət”, “Asan Ödəniş” portallarının və Azərbaycanın maliyyə sektorunun innovativ xidmətləri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info