Ermənistan hökuməti əhalinin təqaüdlərini ödəyə bilmir
Tarix: 04.10.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Gürcüstan isə Sergey Minasyanı səfir kimi qəbul etmədi

Xatırlayıram, bir müddət bundan əvvəl Ermənistanla bığlı yazı hazırlayan «MK» nəşrinin əməkdaşı bu ölkəni Rusiyanın şərtsiz müttəfiqi kimi təqdim etsə də, onun gələcəyi barədə çox bədbin fikirlər söyləmişdi. İrəvanda sadə erməni həyatı ilə maraqlanın rusiyalı nəşr əməkdaşı əhalinin əksər hissəsinin siyasətlə maraqlanmadığını, sadəcə olaraq, hər hansı bir populist ifadələrə asanlıqla inandıqlarını bildirir. Ölkədəki həyat tərzinin çox aşağı olduğunu, 41 min dram alan təqaüdçünün başqa kommunal xərclər istisna olmaqla, təkcə qaz üçün har ay 60 min dram ödədiyini göstərərək, oxucuda təəccb doğurmamaq üçün oxuculara sual edirdi: «Siz soruşa bilərsiniz: bəs, onda bunlar necə yaşayırlar?» Əməkdaş verdiyi sualı özü də cavablandırır: «Təbii ki, xaricdə yaşayan qohumlarının göndərdiyi vəsait hesabına». Əlbəttə, hazırda Ermənistanda xaricdən göndərilən müavinət hesabına yaşamayanlar və buna görə əsl həqiqəti qəbul edə bilməyənlər də var. Ancaq çox cüzi olan bu kütlənin onu dəyişdirmək üçün gücləri yoxdur. Onlar üçün bu vəziyyətdən qurtulmağın yeganə yolu Kiyev körpüsüdür. Belə ki, 2015-ci ildə 195, 2016-cı ildə isə 197 nəfər bu körpüdən özünü atmaqla, intihar ediblər. Nəşr əməkdaşında təəccüb doğuran məqam isə « Yaşamaq kimi qəbul edilməyən, sadəcə olaraq, mövcud olan erməninin özünü özbək və taciklərlə deyil, fransız və hollandlarla müqayisə etməsidir». Bizlərdə deyildiyi kimi, «yuxarıdı yeri….»
Nə isə, Ermənistan həyatındakı bugünkü reallıqlar isə başqa olaylardan xəbər verir. Belə ki, «News.am» saytı "Tsarukyan" fraksiyasının üzvü Vaqe Enfiadjyanın parlamentdəki çıxışına istinad edərək, ölkədə 50 mindən artıq təminatsız təqaüdçülərin olduğu barədə məlumat yayıb.
“Ermənistanda yoxsulluq təxminən 30 faizdən artıqdır. Bu o deməkdir ki, təxminən bir milyon ölkə sakininin minimal tələbatı ödənilməlidir. Buna yüksək miqrasiya ilə aşağı doğum dərəcələri də əlavə olunur. Lakin sual olunur, minimal tələbat hansı vəsait hesabına ödənilməlidir?
Biz minimum əmək haqqının dəyişdirilməsini təklif edirik. Ölkədə təxminən 60 milyard drama çatan elektrik tarifi azaldılmalı və vergidən gələn cəza və cərimələr bağışlanmalıdır»-deyən Enfiadjyan bunun üçün maliyyə qaynaqlarını göstərdiyini də bildirir.
Ermənistanla bağlı başqa bir maraqlı xəbər isə bu ölkənin neçə müddətdir ki, Gürcüstana səfir təyin etməyə çalışdığı Sergey Minasyanın təyinatına qarşı tərəfdən rəsmi şəkildə verilən imtina ilə bağlıdır. «Tert.am saytına danışan RPP-nin parlament fraksiyasının deputatı Şirak Torosyanın bildirdiyinə görə, bu məsələ ilə bağlı susqunluq nümayiş etdirən Gürcüstan tərəfi artıq təyinatdan imtina etdiyini rəsmi şəkildə bəyan edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
22.02.2019
AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info