Bakı İdarəetmə və Texnologiya Kollecində “Diaspor dərs”i keçirilib
Tarix: 04.10.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyi könüllü olaraq təhsil müəssisələrində “Diaspor dərs”ləri layihəsini davam etdirir. 2017-2018-ci tədris ilində ilk “Diaspor dərs”i oktyabrın 3-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) keçirilib. Kollecin direktoru Varis Allahverdiyev tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BİTKol-da keçirilməsindən məmnunluğunu ifadə edib. V.Allahverdiyev DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib. O, vaxtilə Moskva Dövlət Universitetinin aspirantı olarkən diasporla bağlı gördüyü işlərdən söhbət açıb. Qeyd edib ki, hazırda dövlət səviyyəsində diaspor istiqamətində işlər görülür. Onun sözlərinə görə, hətta QHT sektorunda da bu işə diqqət göstərilir. V.Allahverdiyev layihənin virtual formada da BİTKol-da keçirilməsinin mümkünlüyünü bildirib.
DJB sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq, əsas hədəflərinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib. F.Hüseynzadə məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb. O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu dilə gətirib: “İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar Ermənistanın və erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər”.
Polşadakı Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd xaricdə keçirdiyi tədbirlər haqqında məlumat verib. O, bildirib ki, Polşada Azərbaycan haqqında az məlumatı olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığı qədər məlumatlar verib: “Təbii ki, Polşada fəaliyyət göstərən səfirliyimiz bu işi müvəffəqiyyətlə aparır. Amma biz də orada təhsil alan azərbaycanlılar olaraq çalışmışıq ki, qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumatları düzgün və dolğun şəkildə ictimaiyyətə çatdıraq”.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli DİB-nin gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib.
Tədbirə Kollecin direktoru V.Allahverdiyev yekun vurub.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Jurnalistləri Birliyi tərəfindən könüllü şəkildə “Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II mərhələsinin davamı olaraq “Diaspor dərs”ləri 2016-2017-ci dərs ilində ali təhsil müəssisələrinin tələbələri üçün də keçirilib. Layihənin effektivliyini nəzərə alaraq DJB tərəfindən könüllü olaraq kolleclərdə də “Diaspor dərs”ləri keçirilməsi planlaşdırılıb.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info