Azərbaycan beynəlxalq turizm yarmarkasında təmsil olunub
Tarix: 04.10.2017 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Daşkəndin Mərkəzi Sərgi Sarayında “Turizm İpək yolu ilə” 23-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2017) rəsmi açılışı olub. Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir. Qeyd edək ki, “Turizm İpək yolu ilə” Daşkənd Beynəlxalq Turizm Yarmarkası 1995-ci ildən Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə hər il keçirilir. Beynəlxalq Turizm Yarmarkasının açılışında Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev də iştirak edib. Beynəlxalq sərginin açılış mərasimində çıxış edən Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov ölkənin turizm potensialı, inkişaf edən turizm sənayesi, son zamanlar turizmin inkişafı istiqamətində Özbəkistanda həyata keçirilən yeni layihələr, infrastrukturun yenilənməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi istiqamətində yaradılan şərait və s. barədə məruzə ilə çıxış edib.
Tədbirdə digər çıxışçılar qeyd ediblər ki, hazırda dünya iqtisadiyyatında neft və kimya sənayesindən sonra üçüncü gəlirli sahə turizm sahəsidir. Çıxışçılar vurğuladılar ki, ölkələrin iqtisadiyyatının inkişafı, dövlət büdcəsinin gəlirlər əldə etməsi, əhalinin məşğulluğu, işsizlik probleminin həll olunması, təbiətin mühafizəsi, tarixin və ekologiyanın qorunması və s. istiqamətdə turizm əvəzsiz bir sahədir. Turizm həm də dövlətlərə imkan verir ki, öz mədəniyyətlərini, tarixlərini, adət və ənənələrini və s. təbliğ etsin və tanıtsın.
Builki sərgidə Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Türkiyə, Azərbaycan, Rusiya, Tailand, Misir, Sinqapur, Malayziya, ABŞ və s. ölkələr ölkələr öz turizm resurslarını təqdim edirlər.
Sərginin rəmzi açılış lenti kəsildikdən sonra xüsusu mədəni proqramlar təqdim edildi və milli stendlərə baxış keçirilib.
Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.
Sərgi-Yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış stenddə ölkəmizin 3 turizm firması öz turpaketlərini təqdim ediblər.
Azərbaycan Turizm Asossiasiyasının dəstəyi ilə “Xəzər Travel”, “My travel” və “Gilan travel” şirkətlərinin təqdim etdikləri turpaketlərdə “Bakı Şopinq Festival”da iştirak, “Azərbaycan Tarixinə ekskursiya: Bakı-Qobustan-Şamaxı-Lahıc-Şəki”, Müalicə turu: Naftalan – Qalaltı, Qış istirahəti: Qusar Şahdağ, Qəbələ Tufandağ, Şərabçılıq marşurutu, Çimərlik və Ovçuluq istirahət-turizm paketlərini təklif etmişlər. Azərbaycan stendinə maraq böyük olub.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən aparılan təbliğati işlər nəticəsində son zamanlar ölkəmizə səfər edən Özbək turistlərin sayında xeyli artım baş verib. Aparılan sorğulara əsasən Özbək turistlər əsasən Naftalan müalicəvi sanatoriyalarına, Bakı və Qəbələyə daha çox maraq göstərirlər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info