“Onlar heç vaxt İlham Əliyevlə rəqabət apara bilməyəcəklər”
Tarix: 08.05.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Rüstəm İbrahimbəyov onu bir siyasi kimi qəbul etməyən cəmiyyətdə belə
cəhdlərlə heç nəyə nail ola bilməyəcək”


Azərbaycan saytları yazır ki, Rusiyada yaşayan Rüstəm İbrahimbəyovla Eldar Namazovun yaratdığı “el” adlı qurumun ali məclisinin sədri Eldəniz Quliyev arasında telefon danışığı olub. Bu informasiya ilə bağlı müxalif mənbə bildirir ki, İbrahimbəyov bu telefon danışığında öz hiddətini gizlədə bilməyib. Belə ki, İbrahimbəyov “el” qurumunun fəaliyyəti ilə bağlı öz narazılığını bildirib. Telefon danışığının mövzusundan aydın olub ki, Rüstəm İbrahimbəyov Eldəniz Quliyevə 100 min dollar pul ayırıb. Bu pulun müqabilində “el” daha effektiv fəaliyyət göstərməli idi. Amma “el” öz fəaliyyəti ilə özünü doğrulda bilməyib. Bu da Rüstəm bəyin qəzəbinə düçar olub.
Qeyd edək ki, o da ola bilsin ki, yaxın günlərdə Rüstəm İbrahimbəyovla Eldəniz Quliyev arasında olan bu telefon danışığı barəsinə daha müfəssəl faktlar ortaya çıxsın.
Amma hər halda indiyə qədər də “el” bir vecsiz qurum, “hərəkat” adına iddia etməsinə baxmayaraq, əslində beş-on nəfər uğursuz reputasiyaya malik yaşlı insanın bir yerə yığışdığı klub təsiri bağışlayırdı. Ona görə də “el” ortaya çıxandan xeyli keçməsinə baxmayaraq, nəinki cəmiyyətin, ümumiyyətlə, müxalif elektoratın da diqqətini cəlb edə, 10-15 nəfərdən o yana arta bilmədi. Əksinə, hazırda “el” digər ənənəvi müxalif qurumlar kimi düşərgədə parçalanmalara və intriqalara səbəb olub. Bu qurum müxalifətin digər intriqant “klub”larından heç nəyi ilə fərqlənmir. Əksinə, “el”in üzvləri qeyd edildiyi kimi, daha azdır, orada ümumiyyətlə, gənclər təmsil olunmur və ora kimsə üzv olmaqda maraq göstərmir. “El” haqqında müxalif qəzetlərdə gedən ara-sıra informasiyaların özünün də səngiməsi bu qurumun artıq yaranan kimi qürubunun başladığını büruzə verir...
Bundan başqa, “el”in, hələ də yaradılması mümkün olmayan “milli şura” kimi Rüstəm İbrahimbəyovun sifarişi əsasında yarandığı da söylənilirdi. Bu sifariş və təşəbbüs isə təbii ki, müəyyən pul şirnikləndirməsinə əsaslanmalı idi. Əbəs yerə deyil ki, son zamanlar Rüstəm İbrahimbəyov müxalifətin “xaç atası” kimi çıxış edir, müxalif başçıları tez-tez tənbeh edən açıqlamalar verir, müxalif başçılara “milli şura” yaradılması ilə bağlı vaxt qoyur... Bütün bunlar onu pul verib istədiyi havanın çalınmamasından narazı qalan bir müştəriyə bənzədir... Ona görə də bu siyasətdə naşı adamın 100 min dollarının və yaxud müəyyən məbləğdə pulunun seçkidə hər hansı tərəfdən gələ bilən qrantı, maliyyəni zəli kimi sormağa, öz şəxsi məqsədləri üçün xərcləməyə hazır olan müxaliflər tərəfindən batırılması tamamilə real görünə bilər.
Məsələ ilə bağlı “Palitra”ya fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli belə qeyd etdi: “Doğrusu, bu informasiyanın nə dərəcədə dəqiq olub-olmadığını bilmirəm. Amma qeyd edə bilərəm ki, Rüstəm İbrahimbəyov bu gün, doğrudan da çalışır ki, nədənsə narazı qalan adamları bir yerə yığsın. Bilmirəm o, burada nə məqsəd güdür. Amma hər halda bu, cəmiyyətdə bir siyasi fiqur kimi qəbul edilmir. Ona görə də onu bir siyasi kimi qəbul etməyən cəmiyyətdə belə siyasətçilik cəhdləri ilə heç nəyə nail ola bilməyəcək. Bəllidir ki, şəxsi maraqlarına görə o, siyasətçi rolunu oynamağa girişib. Amma bu, onun üçün yaxşı heç nə vəd etmir. Çünki bu rolu sona qədər oynaya bilməyəcək və sonda gülünc bir vəziyyətdə qalacaq. Bu adam birdən-birə 70 yaşında durub siyasətçilik etmək iddiasına düşüb, amma reallıqları, öz imkan və bacarıqlarını, ətrafına topladığı müxaliflərin “qabında nə olduğunu” nəzərə almır. Onu da nəzərə alsaq ki, Rüstəm İbrahimbəyov hələ bir “milli şura” adlı quruma sədr də olmaq istəyir, o, seçkidə namizəd də olmaq iddiasına düşəcək. Bu isə daha qeyri-ciddi addım ola bilər. Əslində bu namizədlik də gözləniləndir. Çünki Rüstəm İbrahimbəyov indiyə qədər həmişə şəxsi maraqlar güdüb və şəxsi ambisiyaları da onu müxalifətlə bir araya gətirib. Belə olduğu halda, onun durub “müxalifət naminə” şəxsi maraqlarından, namizədliyindən asanlıqla əl çəkəcəyi də bir qədər ağlabatan deyil. Amma qeyd edim ki, ola bilər ki, belə bir maddi vəsait onun tərəfindən öz şəxsi məqsədləri üçün “el” adlı quruma ayrılsın. O, bu pulun hədər getməsindən də qəzəblənə, heyfsilənə bilər”.
Mais Səfərli qeyd edir ki, Rüstəm İbrahimbəyovun və onun kimi şəxsi mənafeyini güdənlərin bütün cəhdlərinə baxmayaraq, cəmiyyət onları tanımır və qeyri-ciddi qəbul edir: “Çünki bu gün İlham Əliyevin dövlətə başçılığı sayəsində cəmiyyətin bütün gözləntiləri özünü doğruldur. Cəmiyyət özünü İlham Əliyevin başçılığı ilə inkişafa getməklə düzgün yolda görür. Çünki İlham Əliyevin siyasəti, cəmiyyətin və millətin maraqlarına əsaslanan strategiyası bütün sahələrdə özünü doğruldur. Ona görə də Rüstəm kimi şəxsi maraqlarının diktəsi ilə hərəkət edənlər heç vaxt İlham Əliyevlə rəqabət apara bilməyəcəklər. Onun kimi namizədləri İlham Əliyevlə müqayisə etmək belə, düzgün deyil.”
Yurddaş Partiyasının sədri qeyd etdi ki, R.İbrahimbəyovun, Eldar Namazovun bu gün gündəmdə qalmağa çalışmaları, müxtəlif açıqlamalarla KİV-in diqqətini cəlb etməyə çalışmaları bir şeylə bağlıdır ki, onlar son seçkilərdən sonra tamamilə arenadan itməsinlər, birtəhər də olsa, öz siyasi mövcudluqlarını qorusunlar. Onların seçkidə qalib gəlmək şansı sıfra bərabərdir, bunu özləri də yaxşı bilirlər. Zatən, onlar əslində seçkidə qalib gəlmək üçün fəaliyyət göstərmirlər. Sadəcə, cəmiyyətə “mən də varam” deməklə, özlərinin mövcudluqlarını sərgiləməyə çalışırlar. Şəxsi umu-küsülərinin mənfi enerjisini bu yöndə sərf edirlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info