ADB: “Azərbaycan iqtisadiyyatı artacaq”
Tarix: 04.10.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,3% azalacaq. "APA-Economics" xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Manapbekov bildirib.

Bundan öncə ADB cari ildə Azərbaycanda ÜDM-in 1,1% azalacağını proqnozlaşdırıb.

Nümayəndəlik rəhbərinin sözlərinə görə, iqtisadi azalmanın əsas səbəbi neftin ucuzlaşmasıdır.

"İqtisadi azalmanın əsas səbəbi neft hasilatının azalmasıdır. Belə ki, 2017-ci ilin ilk yarısında ölkədə neft hasilatı 9% azalıb. Bu isə ötən ilin analoji dövründə müşahidə etdiyimiz azalmadan 0,4% çoxdur", - deyə o bildirib.

Bununla yanaşı, N. Manapbekov hesab edir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək: "2018-ci ildə "Şahdəniz-2" yatağından hasilata başlanması və özəl sektorun sağlamlaşdırılması fonunda iqtisadi artım müşahidə olunacaq".

Onun fikrincə, gələn il Azərbaycanda ÜDM 1% artacaq.

ADB rəsmisi qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyanı alqışlayıb.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 14% səviyyəsində olacaq. Bundan öncə proqnoz 9% olub.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info