Naxçıvan türbələri ISESCO-nun irsi siyahısına təqdim olunub
Tarix: 04.10.2017 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Mərakeşin paytaxtı Rabatda ISESCO İcraiyyə Şurasının 38-ci sessiyası keçirilir.
Sessiya çərçivəsində ölkəmizin ISESCO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl Tüveycri ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ISESCO və Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi aparılaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyi xüsusilə qeyd edilib.
V.Eyvazzadə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda dağıdılmış dini abidələr, bu məqsədlə yaradılan xüsusi işçi qrupun fəaliyyəti barədə ətraflı məlumat verərək növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, habelə ISESCO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.
ISESCO-nun baş direktoru bütün məsələlərdə Azərbaycanın yanında olduğunu bildirərək gələcək əməkdaşlıq üçün təşkilat tərəfindən bütün işlərin lazımi səviyyədə öz həllini tapacağına əminliyini ifadə edib.
Sonra V.Eyvazzadə Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün mədəniyyət və turizm naziri, Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin ünvanladığı məktubla sənədlər toplusunu təşkilatın baş direktoruna təqdim edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info