“Türkiyə İraqın şimalından neft idxalını dayandırsa qiymət bahalaşacaq”
Tarix: 05.10.2017 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Əgər, Türkiyə İraq Kürdüstan Regional Rəhbərliyindən (İKRR) neft idxalını dayandırsa “qara qızıl”ın qiyməti bahalaşacaq”.
Bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsində çıxış edib. Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisində cəmləşib. Hazırda bu bölgədən gündəlik 600 min barel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir. Bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir. Vladimir Putin onu da deyib ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddəti 2018-ci ilin sonunadək uzadıla bilər. O bildirib ki, OPEC+ sazişinin müddəti gələn ilin birinci rübündən sonrakı dövrə, hətta 2018-ci ilin sonunadək uzadıla bilər. Lakin bununla bağlı qərar mövcud sazişin müddətinin bitəcəyi vaxt veriləcək: “Qərar 2018-ci ilin mart ayındakı vəziyyətə görə veriləcək. Lakin sazişin müddətinin uzadılacağını istisna etmirəm. Əgər bu məsələ gündəmə gəlsə o zaman sazişin müddəti ən azından 2018-ci ilin sonuna qədər uzadılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info